Sabunçu səmasındakı qara tüstü Ekologiya Nazirinin və Adil Vəliyevin gözünü niyə acışdırmır?



Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, Əmir Bağırov küçəsinin 100-dən çox sakini “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək ekoloji terrora məruz qaldıqlarını bildiriblər. Onların nəyə görə məhz KİV sırasından “Dəryaz” qəzetini seçmələrinin tutarlı səbəbi var.Xatırladaq ki, bir müddət öncə sözügedən küçənin Al-Market” və “Qartal” kafesinin arxasındakı nahiyəsində əsasən Çin vətəndaşlarının işlətdikləri kapron kisə istehsalı ilə məşğul olan sex fəaliyyət göstərirdi. Sexdən havaya tullanan zəhərli qara tüstü yaxın ətrfada yaşayan sakinlərin haqlı narazılığına səbəb olurdu. O vaxt vətəndaşların aidiyyati instansiyalara müraciətlərinə məhəl qoyulmurdu. Haqq səslərini ucadan eşitdirmək üçün yüksək tribuna axtarırdılar. Və “Dəryaz” qəzetini seçməkdə yanılmadılar. Problemlərini ictimailəşdirdik, əlaqədar qurumların rəhbər vəzifəli şəxslərinin diqqətinə çatdırdıq. Nəhayət, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəal müdaxiləsi ilə çinli istehsalçılar həmin ünvandan köçürüldülər.Budur, sakinlər indi də bildirirlər ki, həmin obyektdə bir yerli sahibkar alüminium əridən sex işə salıb. Yenə də havaya zəhərli tüstü yayılır. Sakinlər redaksiyamıza etdikləri müracətdə qeyd edirlər ki, bir dəfə narazılıqlarını çatdırandan sonra sexin tüstüsünün çıxdığı şaquli boruları bir qədər uzadıb hündürlüyünü artırıblar. Amma bununla belə təhlükə sovuşmayıb. Şikayətçilər həmçinin vurğulayırlar ki, sex əsasən insanların şirin yuxuda olduğu gecə saatlarında işləyir ki, bu da şəkksiz buraxılan tüstünün gözlə görünməməsi, qoxusunun duyulmaması üçündür. Ətrafda yaşayanların zəhərlənmə səbəbindən səhər yuxudan oyanıb-oyanmayacağı sahibkarı maraqlandırmır. Sakinlərə deyib ki, fəaliyyətini Nazirliklə razılaşdırıb, sexi fəaliyyət meydanı kimi istifadə etdiyinə görə icarə haqqı verir. Sakinlər bu qənaətdədirlər ki, obyekt yaşayış massivinə çox yaxın yerləşir, o üzdən müəssisə rəhbərini atmosferi çirkləndirdiyinə görə cərimə etmək, ona hansısa yeni qaztəmizləyici qurğu almağı tövsiyə etmək, yaxud, başqa bir “məcburi göstəriş” vermək faydasız olacaq.Bu mövzuya qayıdacağımız növbəti yazıda ETSN-nin, istehsal obyektini balansında saxlayan “Balaxanı Oil” neft şirkətinin və yerli polisin məsələyə münasibətini öyrənib oxucularımıza təqdim etməyə çalışacağıq.         ОтветитьПереслать

373 просмотров всего, 1 просмотров сегодня