Abşeronda “İkinci memar Akif Əliyev” peyda olub. FOTO-VİDEO

Masazır ica nümayəndəliyinə tibbi maska ilə də getmək təhlükəsiz deyil

Ötən ay Baş Prokurorluq Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərini ifşa etdi.  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri ilə  Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev və Abşeron rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov rüşvətxorluqlarına görə məsuliyyətə cəlb olundular və  barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Çifayda, indi Abşeronun demək olar hər qəsəbəsində, kəndində yerli “Akif Əliyev”ləri peyda olub. Daha doğrusu, sabiq baş memarın yerlərdəki prototipləri öz statuslarını artırıblar. Masazırdakını biz təqdim edirik – Siz də tanış olun: Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbə ərazi inzibati vahidliyi üzrə nümayəndəliyinin sədri cənab Şahlar Həsənov. Yəqin ki, onu tanıyan oxucularımız bu məqamda əllərini yellədilər – “Eh, o ki köhnənin…”

Bəli, köhnənin adamıdır (yumşaq ifadədir – müəllif.) Şahlar bəy. Bakının Binəqədi rayonunda Biləcəri qəsəbə icra nümayəndəsinin müavini işləyib. Müsbət xarakterizə olunmayıb. Sonra Abşeron RİH başçısının Məmmədli qəsəbəsi (Məhəmmədi kəndi) üzrə nümayəndəsi vəzifəsinə gedib. Məmmədli bələdiyyəsinin sabiq sədri Vaqif Nəbiyevlə yola getməyib. Hətta Vaqif Nəbiyevin qalmaqallı həbsində də Şahların əli olduğu deyilir. O ərəfələrdə Məhəmmədi kəndində fəaliyyət göstərən, adının çəkilməsini istəməyən ev-torpaq alqı-satqısı üzrə dəllallardan biri deyirdi ki, Vaqifi və onun özü qarışıq maklerləri sıxma-boğmaya salıb 1 milyon manatdan çox pullarını aldılar: “Vaqifi yollayıb yerinə pulunu aldıqları başqasını, Xəyaləddini qoydular. (Bu şəxs barədə geniş yazacağlq) Vaqif hər şeyini satdı, yenə də həbsdən canını qurtara bilmədi. Torbası möhkəm tikilmişdi. Türmədən yarıcan çıxdı, ürəyi infarkt oldu”.

3 kəndi birləşdirən Məmmədli ərazi vahidliyində əsas söz sahibinə çevrilən laçınlı Şahlar Həsənovun əsas işi qarabağlıları başına yığımaqla torpaq alverindən ibarət olub. Masazıra eyni vəzifəyə təyin olunandan sonra da həmin qayda ilə torpaqsatan işini davam etdirir. Başqa heç nə. Hətta həndəvərindəki zibili belə təmizlətdirmir. İcra nümayəndəliyi ilə yerli bələdiyyənin kontorları eyni inzibati binada yerləşir. Binanın balansında olan həyətyanı sahəni də satıblar deyə dar həyətdəki zibil qabları dərhal diqqəti çəkir.

Qablar vaxtlı-vaxtında boşaldılmadığından, zibilin çirkli suyu qablardan süzülüb həyətə, oradan da yola axır. Kontorlara işi düşən vətəndaşlar üfunətdən baş çatladığını deyib bu məmurları söyürlər və haqlı olaraq gileylənirlər: “Əgər özləri zibilin içində itib-batıblarsa, əhaliyə necə xidmət edəcəklər ki?”

Düz də deyirlər. Masazır qəsəbəsində zibilin, tullantının gec-gec daşınması səbəbindən müxtəlif xəstəliklərin yayılması ehtimalı çoxdur. Kanalizasiya problemi həllolunmaz vəziyyətə çıxıb. Qaçaq Nəbi küçəsində vəziyyət xüsusilə acınacaqlıdır. Sakinlər deyirlər ki, yarıtmaz kanalizasiya xəttlərindən çirkab birbaşa küçəyə axır və oradakı gölə yığılıb qalır.  

Qəsəbədə qaçqın və məcbui köçkünlərdən savayı on min fərdi ev təsərrüfatı var.

Sakinlərə torpaq sahələrini yerli kəndxudalarla – icra nümayəndəsi və bələdiyyə sədri ilə əlbir işləyən 5-6 nəfər maklerlər satıblar. Özü də ucdantuma, qanunsuz, heç bir infrastruktur qaydalarını gözləmədən. Həmin dəllallar əsasən qəsəbədəki “Araz” marketin arxasında toplaşırlar. Sakinlər bir dəfə Şahlar Həsənovun oraya gəldiyini görüblər və maklerlərə memar Akifdən sonra torpaq və ev tikintisi məsələsinə nəzarət ona tapşırıldığnı dediyini eşidiblər.

50 evin yiyəsindən pul yığıb 250 mm diametrli boru ilə kanalizasiya xətti çəkdirəcəklərini söz versələr də, sonradan aldadıb 100 mm-lik boru “sırıyıblar”, daha sonra həmin xəttlərə əlaə qoşulanlar da olub. O səbəbdən borular təzyiqə və kənar zədələrə dözmürlər.

Qəsəbədə təmizlik işinə nəzarətlə bələdiyyə məşğul olur. Yerli özünüidarəetmə qurumu da bundan ötrü “Sabah” MMC ilə müqailə bağlayıb. Hər evdən 2 manat əvəzinə 4 manat “zibil pulu” toplayan MMC-nin rəhbəri Rafiq bəy isə zibilin gec daşınmasının səbəbini daşınma haqqının yığım səviyyəsinin az olması ilə əlaqələndirir.         

Zibilli, üfunətli ab-hava icra nümayəndəliyində  kollektivin atmosferinə də mənfi təsir edib. Nümayəndəliyin kontorunda tez-tez ictimai yerlərə xas olmayan, təhqiramiz ifadələr eşitmək olar. Kabinelərdən gələn səslərə diqqət kəsiləndə kimlərinsə mübahisə zəminində hətta bir-birini söydüyünü də anlamaq olur. Ən çox səsi çıxanlardan biri də nümayəndənin müavini Nazim Ramazanodur. Görünür, sədr çərənçi sakinlərlə dartışmaq üçün onu qabağa verir.

Nümayəndəliyin ən zəhmətkeş zümrəsinə, süpürgəçlərə münasibət isə dözülməzdir. Onlardan biri ilə ünsiyyətdə olduq. Yaşlı qadın dedi ki, 241 mana maaş müqabilində ona adı ştatda gedən başqa süpürgəçilərin də sahələrini süpütdürürlər. Bu da yəqin ki, korrupsiyanın təzahürüdür.  

Qəsəbədəki antisanitariya vəziyyəti ilə bağlı Abşeron İcra Hakimiyyəti başçısının müavini İlham Quliyevlə əlaqə saxlayıb problemin həlli üçün rayon rəhbərliyinin hansı tədbirlər görəcəyini soruşduq. Başçının müaini bu məsələ ilə yerli bələdiyyənin məşğul olmalı olduğunu deyib suallardan yayındı.

Yuxarıda adları keçən hər bir kəsin mövqeyini dərc etməyə hazırıq

Mözuya qayıdacağıq.  

Deryaz.az

1,182 просмотров всего, 1 просмотров сегодня