Çöpçüyə möhtac qalan Azərbaycan səhiyyəsi

“Şamaxinka”dakı “Çöpçü Sahibə” karantin rejiminin tələblərinə məhəl qoymur—ŞOK/FAKT

“Şamaxinka”dakı “Çöpçü Sahibə” karantin rejiminin tələblərinə məhəl qoymur - ŞOK- FAKT

Çöpçülük fəaliyyətinin əsasını daha çox beş yaşına qədər olan azyaşlı uşaqların boğazında ilişib qalmış qida qalıqlarının, yaxud da ehtiyatsızlıqdan udulan yad cisimlərin üfürülüb çıxarılması, yəni bu yöndə müəyyən addımların atılması təşkil edir. Belə bir fəaliyyət növü ilə ilk dəfə hansı şəxsin məşğul olması haqda dəqiq məlumata malik olmasaq da, bildiyimiz həqiqət ondan ibarətdir ki, hal-hazırda hər kəs bu yöndə atılan addımın dədə-babalardan qalma bir adət olduğunu dilə gətirirlər. Bir sözlə, çöpçülük fəaliyyəti xalqımızın qədim ənənələrindən biridir. Onu da bildirək ki, tarixən azyaşlıların udlaq hissəsində qida qalıqlarının ilişib qalması prosesi baş verib və çox zaman belə qida qalıqlarının varlığı səbəbindən də, azyaşlılarda temperaturun qalması prosesi müşahidə olunub. Müşahidə olunan durumla bağlı çox zaman valideyinlər uşaqlarını çöpçülük fəaliyyəti ilə məşğul olan şəxslərin yanına aparırlar və həmin vaxt onlar, sanki övladlarının hansı təhlükə ilə üz-üzə qaldıqlarını unudurlar. Yəqin ki, belə bir fəaliyyət növü ilə məşğul olan şəxslərin əksəriyyətinin minbir xəstəliyin daşıyıcısı olmaları, hətta onların həmin xəstəlikləri bir azyaşlıdan digərinə yaymaları prosesinin baş verməsi və s. qaçılmaz hal olur.

Ümumiyyətlə, əldə etdiyimiz müəyyən məlumatlara görə, belə bir fəaliyyət növü ilə məşğul olmaq hüquqi baxımdan yolverilməz haldır. Qanunun belə bir tələbinin varlığına baxmayaraq, hal-hazırda istər Bakı şəhərində, istərsə də ayrı-ayrı şəhər və rayonlarda, digər yaşayış məntəqələrində və s. neçə-neçə şəxslər belə bir fəaliyyət növü ilə məşğul olub qanunun tələblərini tapdaqlar altına atmaqla məşğul olurlar.

Bu gün Bakı şəhəri, Binəqədi rayonunun “Şamaxinka” adlanan ərazisində “əlçatmaz”, “ünyetməz” bir ünvanda, daha dəqiq desək, sanki uca bir dağ zirvəsində çöpçülük fəaliyyəti ilə məşğul olan Sahibə xanım da, məhz belə bir əməl sahiblərindəndir. Məsələnin maraqlı və düşündürücü tərəfi ondan ibarətdir ki, adı çəkilən bu xanım uzun illərdir ki, bu cür fəaliyyət növü ilə məşğul olur və nədənsə bir kimsə ona “qaşın üstə qara var” demir. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Hazırda hər kəsi şoka sala biləcək halın varlığı ondan ibarətdir ki, ölkəmizdə koronovirus (COVİD-19) infeksiyasına qarşı ciddi mübarizə tədbirlərinin aparıldığı bir vaxtda da, Sahibə xanım sahib olduğu iyrənc əməlindən əl çəkmir ki, çəkmir. Yəni, adı çəkilən bu xanım xüsusi karantin rejiminin tətbiq olunduğu indiki vaxtda xəlvəti yollarla hansısa azyaşlıdan “çop çıxarıb”, bir növ təhlükəli infeksiyanın yayılmasına yollar açır.

Belə ki, dünən tam şəkildə dəqiqləşdirə bildik ki, əgər əvvəllər Sahibə xanımın yanına gələn “kliyent”lər onun yaşadığı mənzilə giriş qapısından içəriyə daxil olub məqsədlərini “çin edirdilərsə”, bu gün arxa qapıdan xəlvəti yolla içəriyə daxil olurlar. Əslində belə bir addımların atılması onu göstərir ki, Sahibə xanım sahib olduğu peşəsi ilə, hal-hazırda minbir oyun qaydalarının oyunçusuna çevrilib. Daha bir düşündürücü halın varlığı isə, Sahibə xanımın qeyri-qanuni əməlləri ilə haqda ərazi üzrə sahə müvəkkili vəzifəsini daşıyan Etibar müəllimi məlumatlandırmağımız və adı çəkilən bu şəxsdən əldə etdiyimiz cavabın varlığı oldu. Çünki, Etibar müəllimlə əlaqə saxladıqda o, ilk əvvəl “Mən bu haqda heç bir məlumata malik deyiləm və xüsusi karantin rejimi ilə bağlı “post”dayam, bir azdan sadaladığınız faktları rəisə məruzə edəcəyəm” deməklə, bir növ bizi “yola verməyə” çalışdı. Elə ki, xüsusi karantin rejiminin qaydalarını kobud surətdə pozub çöpçülük fəaliyyəti ilə məşğul olan Sahibə xanım əməlləri haqda Binəqədi RPİ-i, 7-ci polis bölməsinin növbətçi hssəsini də məlumatlandırdıq, o halda növbətçi hissədən “biz bu haqda bölmə rəisinə məruzə edəcəyik” deyə cavab verdilər. Bir qədər vaxt keçdikdən sonra isə, Sahibə xanımın özü ilə əlaqə saxladıqda o, “mən bu yöndə nə iş görürəmsə, nə işlə məğul oluramsa polislər mlumatlı olurlar. Yaxşı olar ki, siz bizim evə gəlin, həyat yoldaşım sizinlə görüşsün” dedi. Elə ki, söhbət əsnasında Sahibə xanım bildi ki, onun qanunsuz əməlləri haqda polis əməkdaşlarını məlumatlandırmışıq, o halda o, “siz işverənsiniz” deməklə, açıq-aydın şəkildə bizim şərəf və layaqətimizi alçaldan ifadələr işlətməkdən də çəkinmədi.

Bütün bunlar onu söyləməyə əsas verir ki, hal-hazırda adı çəkilən bu xanım “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutub, nə qanun-qayda sayır, nə də ki, xüsusi karantin rejiminin tələblərinə əməl edir. O halda sual oluna bilər ki, görəsən şifahi xalq qəhrəmanı olmuş Koroğlunun “Bəzz” qalasına bənzər bir mənzildə, “Şamaxinka”nın ən uca zirvəsində çöpçülük fəaliyyəti ilə məşğul olan, bir növ azyaşlılar arasında infeksion xəstəliklərin yayılmasına şərait yaradan, “kliyent”ləri “dal qapı”dan qəbul edən “Çöpçü Sahibə”yə kimlər “yaşıl işıq” yandırır?

Mövzunu diqqətdə saxlayacağıq.

Nyus.Az

551 просмотров всего, 1 просмотров сегодня