Sahil Babayevin çoxşaxəli kadr eşalonu… NƏYƏ YARAYIR?

Sahil Babayevin çoxşaxəli kadr eşalonu...

DİA.AZ: — «Koronavirus təhlükəsi əhalinin sosial müdafiəsinin də təhlükədə olmasını tam çılpaqlığı ilə üzə çıxardı. Strateji baxımdan ölkənin Müdafiə Nazirliyindən sonra başlıca nazirliyi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əhalinin məşğulluğuna və sosial müdafiəsinə hazır olmadığını ortaya qoydu. Bu müdafiəsizliyin obyektiv amilləri (qanunvericilik bazasının tələbata tam cavab verməməsi, büdcədən yetərincə vəsait ayrılmaması və s.) ilə yanaşı, subyektiv səbəbləri də yetərincədir». Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: «Bu səbəblərdən başlıcası kadrların işgüzarlıq keyfiyyəti ilə yox, dost-tanış prinsipi ilə seçilməsi, mərkəzi aparatın yersiz şişirdilməsində özünü göstərir. Təsəvvür edin , əvvəllər bir müşaviri olan nazirin müşavirlərinin sayı 8-ə çatıb və ən başlıcası da odur ki, say çoxluğu keyfiyyət yüksəkliyinə gətirməyib. Ümumiyyətlə, bu müşavirlərin büdcədən aylıq donluq almaqdan özgə “məşvərət -məsləhət”lərinin nədən ibarət olduğu da bilinmir. “DOST”dan tutmuş, məşğulluğa kimi nazirliyin hər qurumuna ayrıca mətbuat xidmətinin ayrılması da anlaşılan deyil . Bir nazirə 8 müşavir, 8 mətbuat xidmətçisi ayrılması şişirtməyə hesablanıb. Aparatın, sosial müdafiə işinin şişirdilməsi ilə isə əhalinin gerçək sosial müdafiəsi , məşğulluq problemləri çözülmür! İndiyədək məşğulluq xidmətinin kimisə normal bir işlə təmin etməyinin şahidi olan varmı? Heç adi göndəriş verməkdən də imtina edilir. Fikrimizcə , əmək, məşğulluq xidmətini İqtisadiyyat Nazirliyinin “yanına vermək” daha məntiqli olardı. Yeri gəlməsə də,vurğulamaq yerinə düşər ki, nazirin və yanındakı bir neçə on nəfərin qaldığı Səhiyyə Nazirliyinin ləğv edilərək ƏƏSMN -in yanına verilməsi ilə Əhalinin Sağlamlığının və Sosial Müdafiəsi Nazirliyinin yaradılması daha effektiv olar.

Qonudan uzaqlaşmayaq, ƏƏSMN -də sosial müdafiəyə ehtiyacı olan həssas kateqoriyadan olan şəxslərə də həssaslıqla yanaşılmır. Xeyli vaxtdır gündəmi zəbt edən “uşaqpulu”nun bərpası məsələsinə nazirliyin bir neçə gün öncə müavini vəzifəsinə təyinat alan müşaviri, görün, necə ilgi bildirir: “UŞAQLI AİLƏLƏRƏ UŞAQPULU VERİLƏ BİLMƏZ VƏ NİDA İŞARƏSİ”! Əlbəttə, belə “həssas” ilgi ilə müşavirlikdən müavinliyə yüksəlmək olar , amma əhalinin sosial müdafiəsini yüksəltmək olmaz. Elə bu müşavirlikdən məşvərət -məsləhət alan nazir də “ on nəfərlik ailədə bir nəfər əmək haqqı alırsa, qalan 9 nəfərə ödəniş verilə bilməz” “hökmünü verir” , Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər sektoru əhalinin həssas təbəqəsinə dövlətin ayırdığı vəsaiti mənimsəyir, mənzil təminatını alver -korrupsiya predmetinə çevirib . Təsəvvür edin, fondun direktor müavini Əminə Seyidzadə, sosial xidmətlər şöbəsinin müdiri Vüqar Behbudov Konstitusiyanı, dövlətin adından çıxarılan məhkəmə qərarını ciblərindən də aşağıda tuturlar, amma nə Hesablama Palatasının, nə Məhkəmə Hüquq Şurasının, nə Ombudsmanın, nə Baş prokurorluğun və digər hüquq mühafizə orqanlarının, nə də elə ƏƏSMN rəhbərliyinin özünün yetkisi , nəzarəti görünür! (?) ƏƏSMN rəhbərliyi adi mənzil növbəsinin pozulmasına hüquqi qiymət verilməsini təmin edə bilmirsə, 4 müavinə, 8 müşavirə, saysız-hesabsız şöbə-sektor , idarə, fond müdirlərinə, daxili auditə nə ehtiyac var? Bunlara büdcədən ayrılan vəsaitin yarısının elə yardım şəklində həssas təbəqəyə online ayrılmasını həyata keçirmək nə çətin işdir “elektron hökumət”in kompüteinin əlində?

Koronavirus əhalini olmayan evlərinin divarına qısnayıb , olmayan mənzilinin küncünə sıxışdırıb , getdikcə “hücum”larını gücləndirir , əhali isə imitasiya ilə sosial müdafiə olunur. İmitasiya ilə isə rəqəmləri, faizləri , məmur qarınlarını şişirtmək olar , əhalinin qarnını yox».

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

425 просмотров всего, 1 просмотров сегодня