Goranboyun icra başçısını Əlikram Hümbətovla hansı tellər bağlayıb? — GÜNDƏMI ZƏBT EDƏN ŞOK FAKTLAR

​Artıq bir müddətdir ki, Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboya rəhbər təyin olunan Quliyev Məhərrəm Böyükağa oğlunun yarıtmaz idarəçiliyi səbəbindən, rayon ərazisində əmələ gələn hər cür qanunsuzluqlar, özbaşınalıqlar, süründürməçiliklər və s. haqda bəzi media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlanmaqdadır.

Sözsüz ki, dərc olunan, yaxud da yayımlanan hər bir məqalənin müəyyən əsasları var ki, adı çəkilən bu şəxsin yarıtmaz fəaliyyəti bu gün də daha çox ictimailəşdirilir. Məsələnin düşündürücü tərəfi isə ondan ibarətdir ki, ayrı-ayrı media qurumlarında tirajlanan bu tip açıqlamalarda Məhərrəm Quliyevin bugünkü fəaliyyəti gündəmə gətirilsə də, şübhələrlə dolu keçmişi bir daha xatırlansa da, nədənsə qarşı tərəf susqunluq nümayiş etdirir və hələ də səslənən ittihamların heç birinə hərhansı formada cavab verilmir. Deməli, atalar demişkən “susmaq razılıq əlamətidir”. Araz.az saytı olaraq indiyə kimi media üzərindən apardığımız araşdırmalar zamanı yayılan məlumatların təkzib olunması faktına heç bir halda rast gəlməmişik. Bugünlərdə isə, Goranboya rəhbərlik edən Məhərrəm Quliyevlə bağlı ortaya daha çox faktlar çıxıb. Daxil olan faktların içərisində ən əsası, adı çəkilən bu şəxsin gənc yaşlarında ikən aktiv siyasi proseslərə qoşulması iddialarıdır. Düşündürücü hal odur ki, Yeni Azərbaycan Partiyasının üzvü olan və hal-hazırda rəhbər vəzifə daşıyan bu şəxsə məxsus vikipediya məlumatlarında, onun tərcümeyi-halı, ötən illər ərzində hansı vəzifələri daşıması haqda bir çox məlumatlar yerləşdirilsə də,​ 52 yaşlı icra başçısı ilə bağlı 1993-cü ilin bəzi məlumatları haqda heç bir xəbər yoxdur.

​ ​ ​Elə ki, Araz.az olaraq bu yöndə media üzərindən bir daha müəyyən araşdırmalarımızı apardıq, o halda Məhərrəm Quliyevlə bağlı çoxsaylı ilginc iddialara da rast gəldik. Yəni, indiyə kimi ölkəmizin bir çox media qurumlarında dərc olunan və amma rəsmən qarşı tərəfdən təkzib olunmayan iddialarda vurğulanır ki, 1988-1993-cü illərdəki proseslərdə Məhərrəm Quliyev Əlikram Hümbətovun özünü prezident elan etdiyi qondarma “Talış Muğan Respublikası”nın müəyyən təbliğatçılarından biri olur. Belə ki, o, həmin vaxtlarda olduqca gənc və enerjili olduğundan, bütün qüvvə və bacarığını gənclər arasında Əlikram Hümbətovun “müdrik ideyaları”nı aktiv şəkildə təbliğ etməyə yönəldir. Yəqin hər kəsə o da bəllidir ki, həmin vaxtlarda aparılan təbliğatın, qarşıya qoyulan məqsədin əsas qayəsi, məhz ölkəmizin cənub bölgəsini parçalamaq, müəyyən məkrli siyasi qüvvələrin düzüb –qoşduqları plan əsasında “Talış Muğan Respublikası” yaratmaq idi. Məhərrəm Quliyevin gənc yaşlarında ikən belə bir işlərlə məşğul olması iddia olunduğundan, bu gün rəhbər bir şəxs olaraq onun düşüncə və məfkurəsində əsl azərbaycançılıq ideyasının formalaşdığı müəyyən şübhələrə yollar açır. Bundan əlavə, söylənilən iddialarda o da vurğulanır ki, Əlikram Hümbətov özünü qondarma “Talış Muğan Respublikası”nın prezidenti elan etdiyi vaxtlarda, ona arxa-dayaq olan şəxslərdən biri də, Məhərrəm Quliyevin atası Böyükağa Quliyev olur. Söylənilən iddialarda o da vurğulanır ki, həmin vaxtlarda Böyükağa Quliyev olduqca imkanlı şəxslərdən biri olur və o, özünə məxsus olan maliyyə vəsaitlərinin müəyyən hissəsini, məhz yaradılması nəzərdə tutulan “respublikanın” elan olunması yolunda xərcləyir. Belə bir halların varlığı da onu sübut edir ki, Böyükağa Quliyev Əlikram Hümbətovun yan-yörəsində fırlanan, lazım gəldikdə vasitəçilik missiyasını yerinə yetirən şəxs olur. Məsələn, Araz.az olaraq ölkəmizin bəzi media qurumlarında və dosye.org saytında yayılan məlumatlara istinad edib bildiririk ki, həmin vaxtlarda Novruz Novruzov Masallı rayon sovetinin sədri olur. Əlikram Hümbətov ona “Rayon sovetinin sədrinə çatdır ki, deputatları yığsın və Azərbaycan Respublikasından ayrılmaq barədə qərar çıxarsınlar” deyə lazımi tapşırığını verir. Elə ki, Böyükağa Quliyev “ağasından aldığı” belə bir ismarıcı Novruz Novruzova çatdırır, o halda o, “Mən heç zaman belə bir addım ata bilmərəm. Çünki, bizim və mənim bir Vətənim var, o da Azərbaycan Respublikasıdır. Məni tikə-tikə doğrasalar da, Əlikram Hümbətovun bu yöndə tələbini yerinə yetirməyəcəyəm” cavabını eşitməli olur. Bütün bunlar da onu sübut edir ki, Quliyev soyadını daşıyan bir ailənin üzvləri vaxtilə Azərbaycan Respublikasını parçalamaq, ona qəsd etmək yolunu tutmuşsa, deməli həmin kəslərdə dövlətimizə bağlılıq, xalqımıza qarşı sevgi hissi formalaşa bilməz. Adicə bir faktı da qeyd edək ki, Məhərrəm Quliyevin həqiqi hərbi xidmətdə olmasına dair bir kimsədə məlumat yoxdur. Bundan əlavə, adı çəkilən bu şəxsin müharibə dövründə harada və hansı işlə məşğul olmasına dair, əksəriyyət məlumatlı deyil. Bu kimi halların varlığını nəzərə alıb belə bir qənaətə gəlmək olar ki, Goranboy RİH-nin başçısı ilə bağlı yuxarıda səslənən ittihamlar yerində olan ittihamlardır. Əgər bu belə deyilsə, o halda sual oluna bilər ki, Məhərrəm Quliyevdə Vətənə sevgi, xalqa bağlılıq hissi olubsa, bəs hansı səbəbdən o, bu vətəndə həqiqi hərbi xidmətdə olmayıb, onun ağır günlərində müdafiəsində durmayıb. Bu şəxsin belə bir yanaşmasının nəticəsidir ki, bu gün də o, bu Vətənə, bu xalqa layiqincə xidmət göstərmir və rəhbərlik etdiyi Goranboy rayonunda, məhz yerli sakinlərə çoxsaylı problemlər yaratmaqla məşğul olur. Məsələn, cumhuriyyet.az-ın ötən yazılarında da qeyd edilmişdi ki,​ Məhərrəm Quliyev icra başcısı təyin olunduqdan bir qədər sonra, rayonun ayrı-ayrı idarə-müəssisə, təşkilat və s. rəhbərlərinə xəbər göndərir ki, “ya kreslonuza “əlvida” deməlisiniz, ya da ki, mən deyən olmalıdır. Kim vəzifəsində qalmaq istəyirsə, o halda “tasa oturmalıdır” deyə, hər bir vəzifə sahibinə bu yöndə mesajlarını çatdırır. Məsələn, icra başçısı Telekommunikasiya Qovşağının rəisini vəzifədə saxlamaq üçün, ondan 70 (yetmiş) min manat məbləğində “şirinlik” aldığı, rayonun “Sukanal” idarəsinin müdirini oxşar aqibətlə üz-üzə qoyduğu söylənilir. Səhiyyə şöbəsinin müdirindən ayda 2-3 min manat məbləğində “haqq-hesab” almaq üçün onunla razılaşdığı, təhsil müəssisələrində çalışan hər müəllimdən 10- 20 AZN məbləğində aylıq “toskı” yığılması üçün, RTŞ-nin müdirinə “şanlı tapşırıq” verdiyi, yuxarı instansiyalara çatdırmaq adı ilə, bəlkə də hal-hazırda Ermənistanda olduğu söylənilən Əlikram Hümbətova dəstək olmaq üçün rayonun hər kənd icra nümayəndəsindən vəzifədə qalması üçün 7 min, hər kənd bələdiyyəsindən 5 min, hər icra nümayəndəsinin katibindən 3 min manat “haq-hesab” aldığı iddia olunur. Müəyyən çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, bəzi icra başçıları həbs olunduqlarından, bu gün Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur və kimdən rüşvət alacaqsa, həmin şəxslə RİH-nə məxsus ayaqyolunda görüşməyi qərara alır.​ Çünki bilib dərk edir ki, indiki dövrdə rüşvət almaq üçün ayaqyolu ən təhlükəsiz bir yerdir və ora DTX-nin ağlına belə gəlməz. Amma »görünən dağa nə bələtçi» deyimini nəzərə alsaq, »yerində qulağı var» deyiblər. Beləliklə,
Məhərrəm Quliyevin atdığı addımlar içərisində daha çox müzakirə olunan, daha çox insanları şoka salan məsələlərdən biri də, icra başçısının Ceyhun Həsənov adlı şəxsi özünə 1-ci müavin təyin etməsi oldu. Onu da bildirək ki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində təqaüddə olan, özünə saxta yolla əlillik dərəcəsi düzüb-qoşan, vaxtilə dövlət qulluğunda olarkən biznes fəaliyyəti ilə məşğul olan bir şəxsin, rayon, yaxud da şəhər İH sturukturunda belə bir mühüm vəzifəyə təyin olunması prosesi baş verməyib. Məhərrəm Quliyev bu kimi addımını atmaqla, sanki adını müasir Azərbaycan Respublikasının idarəçilik tarixinə “saxta kadrlar müəllifi” olaraq yazmış oldu. Bu gün baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Goranboy RİH-nin başçısının əsas amalı, məhz bu Vətənə, bu xalqa xidmət etmək deyil. Ona görə də düşünürük ki, adı çəkilən vəzifə sahibinin keçmişi, bugünkü fəaliyyəti lazımınca araşdırılmalı və qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərinə görə, onunla bağlı lazımi tədbirlər də görülməlidir. Bu yöndə araşdırmamız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın.

​Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.

Deryaz.az

493 просмотров всего, 1 просмотров сегодня