Vətəndaş, İcra Başçısından Daxili İşlər Nazirinə şikayət etdi,evi əlindən alındı-VİDEO

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, Lerik rayon sakini İlham İbadov «Dəryaz»qəzetinin redaksiyasına İcra Başçısı Rövşən Bağırovun onun başına gətirdiyi zülmü ilə bağlı müraciət edib.Həmin müraciəti olduğu kimi dərc edirik

MANDATI TƏHVİL VER, İQBAL MƏMMƏDOV!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  Cənab İLHAM ƏLİYEVƏ 

Sizin Milli Məclisə deputat seçilməyiniz və hansı yollarla buna nail olmağınız bir lerikli olaraq mənə bəllidir. Deputat seçkisindən sonra Siz xalqdan üz çevirdiniz. Əgər yadınızdadırsa, Sizin Osyodərə ərazisinə göndərdiyiniz maşınları geri qaytaranda mən ayağa qalxdım. Camaatın qarşısına çıxdım. Onda dedim ki, leriklidir, maşın göndərib, texnika göndərib, sağ olsun, qoy camaat üçün abadlıq işləri görülsün. Neçəsi ilə qanlı-bıçaq oldum. Lakin yolumdan dönmədim. Axı onda nə biləydim ki, Siz deputat seçiləndən sonra elə mənim də başıma olmayan oyunları açacaqsınız?!

Sizdən əvvəlki deputat Miri Qənbərov həmişə kütlə ilə sıx və yaxından əlaqə saxlayırdı. Tez-tez camaatla görüşər, onların dərdinə qalardı.  Siz isə deputat mandatı alan aydan məni çörəyə məhtac qoymusunuz. Evimdə 2-ci qrup əlil və onkoloji xəstə var. Onun dava-dərmanını zorla ödəyirəm. Özü də indiki çətin zamanda. Hələlik bir lerikli olaraq açmadığım məsələlər çoxdur. Lakin “Relax” İstirahət Mərkəzində törətdiyiniz qanlı olaylar təkcə leriklilərə zərbə deyil, dövlətə və dövlətçiliyə zərbədir. 

Yəqin yadınızdadırsa, Siz ikinci dəfə deputat mandatı uğurunda mübarizə apararkən mənim doğulub boya-başa çatdığım kənddə oldunuz. Guya əhali ilə görüşə gəlmişdiniz. Orada Züvüç kəndinin sakini Xanəli Əmrəliyevin el içində Sizə dediklərini mətbuat etikasına görə yazıya gətirmək istəmirəm. Ancaq Siz onu yaxşı xatırlayırsınız. O, Sizə nələr dedi, Siz nələr etdiniz. Xanəli Əmrəliyev rayonda hüquq-mühafizə orqanlarına həftələrlə ayaq döydü. Nüfuzlu bir şəxsin zəngindən sonra bu hədə-qorxulara son qoyuldu. Siz o qədər həddinizi aşmışdınız ki, lerikli olan bir şəxsi də “Relax” İstirahət Mərkəzinə boş baxmaq üçün 5 manat rüsum aldırırdınız. Bu, nə Bəşər qanunlarına, nə də Müstəqil Azərbaycan Respublikasının qanunlarına sığan bir olay deyildi. Siz isə qorxmadan, çəkinmədən hər şeyə gedirdiniz. Bir qədər fikrimizi dəqiqləşdirsək, Rövnəq Abdullayevə bel bağlamışdınız. Deputat seçildikdən sonra yerli-yersiz informasiyalar yayılırdı. Bu informasiyalar kim və kim tərəfindən yayılırdısa, onlar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna zərbə vururdular. Rayonda şayələr dolanırdı ki, guya Lerikin İcra başçısı Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin  kürəkənidir. Bu informasiyalar bir yana, mən Xoşbəxt Yusifzadəni yalnız qiyabi tanıyıram. Yəni mətbuat səhifələrindən. Deməkdə məqsədim odur ki, informasiyaların rayonda bu şəkildə yayılması əhalini xaos və anarxiyaya aparıb çıxarırdı. Hamı qorxu altında qalmışdı. Ancaq bu qorxu uzun çəkə bilməzdi. Leriklilərin əli yuxarılara çata bilməsə də, Ulu Tanrı tədbir gördü. “Relax” İstirahət Mərkəzində sənin oğlun və qardaşın oğlu olmaqla 6 qohumun həbs edildi. Siz əvvəlcə bu faktı da pərdələməyə çalışdınız. “Yeni Müsavat” qəzetinin 20 avqust 2019-cu il tarixində qeyd olunur ki, deputat İqbal Məmmədov yalan danışmaqla oğlunu həbsdən kənar saxlamaq istəyir. Üstəlik, deputatın obyektində vergilərin dövlət büdcəsindən yayınması da faktlarla ortaya qoyulub. Məsələnin daha ciddi şəkildə araşdırılması İqbal Məmmədovun deputat mandatı ilə vaxtından əvvəl vidalaşması ilə nəticələnə biləcəyi ehtimalı da vardır. Həmçinin, qəzet yazır: “Bizə çatan məlumata görə, iqtidar deputat İqbal Məmmədovun ailəsinin “dövlətə meydan oxumaq” kimi qavranılan davranışına hakimiyyət tərəfindən çox sərt reaksiya veriləcək. 

Lerik rayonunda yerləşən “Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşları döyüldü. İstirahət Mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmadı. Hətta iş o yerə çatmışdı ki, köməyə çağırılan polis işçiləri də “Relax” İstirahət Mərkəzinə buraxılmadı. Vergi işçilərinə kütləvi şəkildə güc tətbiq olundu. Nəticədə sənin oğlun və qardaşın oğlu başda olmaqla, daha 4 nəfər haqqında cinayət işi başlandı. 

Yuxarıda qeyd etdik ki, köməyə çağırılan polis işçiləri də istirahət mərkəzinə buraxılmadı. Bu məsələnin də kökü var. Ona görə ki, Lerik rayon Polis Şöbəsinin sabiq rəisi işləyən H.Məlikov soyadlı birisi Sizə daha çox yaxın idi. Hətta Lerik rayon İcra Hakimiyyətinə məxsus olan ikimərtəbəli hoteli də ona peşkəş etmişdiniz. Həmin hotel hal-hazırda satışa qoyulub və Lerik camaatında o güc yoxdur ki, o hoteli özü üçün ala bilsin. 120 min ABŞ dolları hansı binəva leriklidə ola bilər? Bax, budur Sizin etdikləriniz! 

Mən bir lerikli olaraq “Relax” İstirahət Mərkəzinə heç vaxt bir qonaq da apara bilməmişdim. Ona görə ki, ona maddi imkanlarım çatmırdı. Lakin Siz Lerikin qanuni əmlakı olan 14 hektardan çox meşə sahəsini ələ keçirtmişdiniz. Orada 142 nömrədən ibarət istirahət otaqları var idi. O otaqlarda yalnız leriklilərin haqq deyən dillərini kəsənlər, haqqı görən gözlərini isti küllə qorlayanlar yatırdı. Onların çoxusu da havayı qalırdı. Çünki onlar ölkə paytaxtında Sizə daha çox lazımlı adamlar idilər. 

Bu yaxınlarda mən ölkə mətbuatında “Relax” İstirahət Mərkəzi ilə bağlı çap olmuş yazıları oxuyanda xəcalət hissi keçirirdim. Necə də keçirməyim?! Axı, sən də leriklisən! Sənin də şəxsiyyət vəsiqəndə Lerik vətəndaşı olmağın qeyd olunub. Sən həcc ziyarətinə getmisən. O adı qorumalı idin. O adın uğurunda son damla qanınadək mübarizə aparmalı idin. Bu, sənin bir müsəlman olaraq borcun idi. Sən isə baş verən bu boyda olaylardan sonra mandatını təhvil vermirsən. Heç olmazsa, deputat həmkarın Rafael Cahangirovdan ibrət dərsi götür. Bir ziyalı olaraq hesab edirəm ki, bu yolu tutsan, bu addımı atsan, sənin üçün daha sərfəli olar. 

Yadındadırsa, Milli Məclisin şöbə müdirinin tapşırığı ilə mən sənin qəbulunda oldum. “Kaspi Yıldız” şirkətində. Orada səninlə söhbət etdik. Ailə vəziyyətimi sənə danışdım. Mən bilirdim ki, bu görüşü təşkil etdirən İbrahim Yusifzadədir. O görüşdə də bol-bol vədlər verdin. Nəticə isə olmadı. Sən ziyalılara lerikli olaraq diqqət və qayğı ilə yanaşmalı idin. Bu, mənim qarşılaşdığım olaydı. Bəlkə çoxları da mənim günümə düşüb, daha böyük əziyyətlərlə qarşılaşıb.

Və sonda… Ölkə ictimaiyyəti bilir ki, “Relax” İstirahət Mərkəzi sənin obyektindir. Bu biznes obyektində leriklilərə şərəf gətirməli idin. Hələlik uzun-uzadı söhbət açmaq fikrim yoxdur. Hesab edirəm ki, tezliklə həmkarın Rafael Cahangirovun qərarına sən də qoşulacaqsan. Bu variant daha məqbuldur, daha sərfəlidir.

İlham İbadov. Lerik rayonu. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Sabiq dövlət qulluqçusu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti:    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini cənab Əli Əhmədova

Surəti:    Azərbaycan Respublikası Prezidentinin   

                köməkçisi cənab Əli Həsənova

Surəti:  Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini xanım Bahar Muradovaya

Surəti: Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri cənab Fuad Ələsgərova

Lerik rayonda yaşayan Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, sabiq dövlət quluqçu İlham Mürvvət oğlu İbadovdan

MÜRACİƏT

Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik  Akademiyasını bitirmişəm.  2009-cu illin iyul ayında Lerik şəhərinin mərkəzində, Həzi Aslanov küçəsi ev 12-də, 18 nömrəli mənzili almışam. 2019-cu ilin oktyabr ayınadək orada yaşamışam.                                                                                     

2019-cu  ilin sentyabr  ayının 24-də mən DİN-nin Lənkəran şəhərində qəbulda iştirak etdim. Orada Vilayət Eyvazov məni çox yüksək səviyyədə qəbul etdi. Qəbuldan məmnun qayıtdım. Orada Vilayət Eyvazova Lerik RİH-də davam edən rüşvət və korrupsiya hərəkətləri barədə məlumat verdim. “Relax” İstirahət Mərkəzində baş vermiş cinayət hərəkətlərinin qaynaqlandığı mənbələrdən söhbət açdım. Lakin səhəri gün evə qayıdanda evimin qapısını qırılmış vəziyyətində gördüm. Şəhərə qayıtdım. Axşam evə gələrkən yenə də vəziyyətin təkrar olunmasını gördüm. Beləcə, ev və evimin qapısı bir həftə üç dəfə əldən-ələ keçdi. Sonra öyrəndim ki, bu işlər Lerik rayon İcra Hakimiyyəti Başçısının şifahi sərəncamın əsasında həyata keçirilib. İşləri isə görən Lerik rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları olub. Daha dəqiq desək, bu adamlar icraçı olublar. Fakta bağlı aşağdakıları nəzərinizə çatdırmaq istəyirəm:

  1. Mən 2019-cu ildən sözügədən evi almışam və sənəddə qeyd olunur:
    “Binadakı mənzillərin orderləşdirilməsi, onun rayon mənzil-istismar
    sahəsinin balansına verilməsi prosesləri müəyyən vaxt tələb etdiyindən, bu işlər tamamlanadək yuxarıda qeyd olunmuş mənzil vətəndaş İlham İbadovun bu mənzil üzərində mülkiyyət hüququ saxlanmılmaq şərti ilə ona təhkim olunmuşdur”.Göründüyü kimi, binalarda mənzillərə order verilənədək, mənim həmin mənzildə yaşamaq hüququm vardır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu hüquqdan məni heç kim məhrum edə bilməz. Yalnız məhkəmənin qətnaməsi istisna olamaq şərti ilə.
  2. Mənim evimin qapısı məhkəmə qətnaməsi olmadan nə üçün sındırmalı, nə üçün açarları başqasına verməlidir? Bu, mənzil hüququmun pozulması deməkdir. Konstitusiyada da bu, öz əksini tapıb. İcra Hakimiyyətinin başçısı mənzilimin qapısını qırdırıb oraya daxil ola bilərmi? Lerikin İcra başçısına kim bu səlahiyyəti verib? Hələ onun ölkə ictimaiyyətini aldatmaq cəhədlərindən danışmaq istəmirəm.
  3. DİN-nin “Cenubxeberleri.com” saytına ünvanladığı cavabda yazılır: “İlham İbadovun yaşamasını təsdiqləyəcək hər hansı rəsmi sənəd mövcud deyil. Amma fakt göz qabağınadadır. İkinci, yazır ki, “İlham İbadov Züvüç kənd sakinidir”. Deməli, o, mənim doğulduğum yerlə yaşadığım yeri araşdırmaq iqtidarına, savadına malik deyil.
  4. İcra başçısı güya deyir ki, “Üçəm” uşaq doğan anaya evi verirəm. İcra başçısı bilmir ki, o uşaqlar Rusiyada doğulub, hal-hazırda yetkinlik yaşındadırlar? Amma bir fakt doğrudur ki, həmin qadın “Relax” (Quldurlar məkanı) istirahət mərkəzində Milli Məclisin deputatı İqbal Məmmədova və İcra başçısına “xidmət” edən qadındır. Bir məsələni xatırlatmaq istəyirəm ki, həmin qadına Lerik rayon İcra Hakimiyyətinin lap yaxınlığında təzə istifadəyə verilmiş Körpələr evində də iş verilib. Demək, həmin qadın yayda yaylaqda, qışda isə aranda Lerikin İcra başçısına və Milli Məslisin deputatına “xidmət” edir.
  5. Mən Lerikin İcra başçısı ilə əvvəllər bu barədə söhbətlər etmişdim. Ona

        demişdim ki, mənsub olduğum ailə düz yarım əsr Lerikə rəhbərlik edib.
Prezident səni rayona göndərməyib ki, ona-buna sataşasan, yenə də xeyri
olmadı. Bir dilçi olaraq ona ad verə bilmirəm.

6.     Cənab Prezidentin tapşırığı ilə nazir və komitə sədriləri bölgələrə gedir və orada vətəndaşları qəbul edirlər. Mənim Daxili işlər naziri ilə görüşüm və səhərisi bu oyunların başıma gəlməsi, məncə, ölkə Prezidentinin və Dövlətçiyinin əksinə yönəldirmiş təxribat addımıdır. Həm də ölkə ictimaiyyətinin diqqətini “Relax” hadisələrdən yayındırmaq, rayonda “İkinci cəbhə” açmaqdır. Mən bir ziyalı olaraq buna başqa bir ad verə bilmirəm

7.      Biz 2009-cu ildən aldığımız və yaşadığımız evə elektrik, qaz,
telefon xətti çəkdirilmişik. Hətta həyətdə anbarla yanaşı, su çəni tikdirmişik. Bütün bunlar orada yaşamaq üçün sübut deyilmi? Şərh lazımdırmı?

8.   Bir neçə il öncə mən məhkəmə qətnaməsi vasitəsilə əvvəlki işimə bərpa olunmuşdum. Lakin, Lerikin İcra başçısı və Milli Məclisin deputatı İqbal Məmmədov məni aldatdı və ərizə aldılar. Digər bir dövlət quluğu işi vədini ortaya qoydular və sonra sözlərini tutmadılar. Mən həyat yoldaşımın iynə-dərman pulunu qonorar hesabına, günəmuzd çalışmaqla ödəyirəm. Məncə, Lerik İcra başçısının ürəyi ət deyil, dəmir parçasıdır. Bu, belə deyilmi?

9.  Evimizdəki əşyalarımızdan hələ də xəbərimiz yoxdur. İcra başçısına bu
boyda qudurğanlıq  səlahiyyətini verən kimdir? Ölkə vətəndaşına qarşı bu qədər sərt, qəddar və amansız hərəkətlər nə dəməkdir? Belə çıxır ki, ölkə vətəndaşları heç kimə dərdini deməməli, şıkayət etməməlidir. Xahiş edirəm bu faktının araşdırmasının nəzarətə götürəsiniz.

10.   Lerik şəhərində gəzən şayələrə görə, Azərbaycan Respublikası Prezidentinin  Administrasiyasında Lerikin İcra başçısına bu “qeyri-adı” səlahiyyətləri verən, ona bu şəraitləri yaradan Prezidentin köməkçisi Zeynal Nağdəliyevdir.

11.  Biz və bizim ailə həmişə dövlətə və dövlətçiliyə sadiq olub. Ancaq Lerikin İcra başçısının hərəklərinə göz yuman Respublikasının Baş Prokurorluğu bizi zorla müxalifət olmağa nə üçün məcbur edir? Prezident Administrasiyası bu məsələyə nə üçün qiymət vermir?

12.   Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər bir vətəndaşın mülkiyyət hüququ vardır. Həmin maddənin 4-cü bəndinə əsasən heç kəs məhkəmə qətnaməsi olmadan vətəndaşı mülkiyyətindən məhrum edə bilməz. Konstitusiyamızın 33-cü maddəsinə əsasən isə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallarda və məhkəmə qətnaməsi istisna olmaqla mənzildə yaşayan sakinlərin iradəsinin ziddinə olaraq heç kəs mənzilə daxil ola bilməz. Daxil olursa, necə və hansı əsasla?

13.   Konstitusiyamızın 68-ci maddəsinə əsasən hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığını istisna edən vicdanlı davranışına hüququ vardır. Həmçinin, həmin maddənin 3-cü bəndinə əsasən hər kəsin dövlət orqanlarının və yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Konstitusiyamızda qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını qorumaq və gözləmək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu borclar icra olunmursa, vətəndaşa qarşı hörmətsizlik həyata keçirsə, buna kim cavabdehdir?

14.  Daha sonra sizə bildirmək istəyirəm ki, “İnsan Hüquqları və Azadlıqları haqqında” Konvensiyanın 2 saylı Protokolunun 1-ci maddəsinə görə, vətəndaşın mülkiyyət hüququ toxunulmazdır və hər kəsin mülkiyyət hüququ qorunmalıdır. Bu müddəaya görə, mənzil hüququ ilə bağlı Konstitusiyada da öz əksini tapıb. Mənim isə mənzilimin zorla əlimdən alınması, onun içərisindəki əşyaların qanunsuz olaraq müsadirə edilməsi halı Lerik rayonunda baş verib. Hətta 1976-cı ildən yığdığımız əmlakdan xəbərimiz yoxdur. Buna Müstəqil Azərbaycan Respublikasının qanunları yol verirmi? Verirsə, bu qanunlar hansıdır?

Yuxarda qeyd etdiyim faktların araşdırılmasına və mənə qarşı zor tətbiq edilməsi ilə bağlı tədbir görməklə, mənə kömək etməyinizi xahiş edirəm.

İlham İbadov. Lerik rayonu. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Qızıl Qələm” mükafatı laureatı.

Əlaqə telefonu: 050-673-45-45.

Tarix: 16.11.2019

164 просмотров всего, 1 просмотров сегодня