«FORMA-88″LƏR NİYƏ SƏHV TƏRTİB OLUNUR? — ƏLİLLƏRƏ BADALAQ GƏLİNİR

                                                                     niqodnu kicik 3               Scanitto_1_6
    Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu bu il 2500-dən artıq yanlış, saxta əlillik almış şəxsi müəyyən edib. Onlarla bağlı ciddi tədbir görülüb və dövlət büdcəsinə illik 13 milyondan artıq qənaət edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə məlumat verib: «Həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni ciddi nəzarətə götürüb. Biz hər bir təsdiq olunan göndərişi və hər bir imtina olunan göndərişi əlavə yoxlayırıq. Yəni, əlillik barədə göndəriş gəlibsə, ona əlillik verilirsə, biz yoxlayırıq. Eyni zamanda, imtinanı da yoxlayırıq…» Nazir həmçinin qeyd edib ki, bır sıra hallarda mətbuat və qəbullar nəticəsində vətəndaşın ağır vəziyyətdə olduğu və ona imtina verildiyi məlum olur: «Araşdırıb imtinanın səbəbini müəyyən edirik. Məlum olur ki, bunu səhiyyə müəssisəsi səhv doldurub, formanı səhv yazıb, xəstəliyi düzgün əhatə etdirməyib və ya əksinə, düz yazıb və bizim həkimimiz imtina verib. Hər iki hala baxırıq, səhv hardadırsa, onu düzəldirik». Elə «Dəryaz» qəzetinə müraciət etmiş vətəndaş — Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə — 27-də yaşayan Zeynalov Həmid Ələkbər oğlu da ümid edir ki, onun anası 1962 — ci il təvəllüdlü Zeynalova Gülnarə Əlihüseyn qızının əliillik dərəcəsinin müəyən olunması üçün topladıqları sənədlər Nazirlik səviyyəsində ciddi araşdırılacaq və hazırda onunçün bürokratik maneə yaradan səhvə kim tərəfindən yol verildiyi müəyyənləşəcək aradan qaldırılacaq. Dördüncü, yəni, ən ağır mərhələyə keçid ərəfəsində olan qara ciyər serrozundan əziyyət çəkən vətəndaş Zeynalova 24.04.2018-ci il tarixdən etibarən «Hepatit C virusu qaraciər serrozu portal hiperteziya assit trombositopenia» diaqnozu ilə 1 saylı Kliniki Tibb Mərkəzində müalicə almağa başlamışdır. Təyin olunmuş diaqnoz ilə əlaqəli G.Zeynalova indiyə qədər son olaraq 11.12.2018 — 26.12.2018-ci il tarixindən 1 saylı KTMdə 3 (üç) dəfə müalicə almışdır və xəstəlii ilə əlaqədar əmək qabiliyətini itirdiyi üçün Abşeron rayon poliklinikasında yerləşən həkim məsləhət komissiyasına dəfələrlə müraciət etsə də, Abşeron rayon poliklinikasının baş həkimi Musayev Faris və həkim məsləhət komissiyası tərəfindən heç bir əsas bildirilmədən müraciətindən imtina edilmişdir. Bundan sonra G.Zeynalova 23.01.2019-cu il tarixli ərizəsi ilə Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovaya yazılı müraciət edərək, imtinanın səbəbinin rəsmi şəkildə bildirilməsini və müraciətinin müsbət həllində köməklik göstərilməsini xahiş etmişdir. 12 fevral 2019-cu il tarixdə xəstəxana rəhbərliyi cavab məktubu ilə xatırladılmışdır ki, G.Zeynalova 19.04.2018-ci il tarixdən Abşeron raon poliklinikasında dispanser qeydiyyatındadır və həkim məsləhət komissiyası müalicənin davam etdirilməsini məsləhət görmüşdür. Mehriban xanım Qaralovanın bu cavab məktubundan sonra G.Zeynalovanı yenidən 1 saylı KTM-də müalicə almağa göndərmiş və daha sonra poliklinika şöbəsində onu kiçik tibbi ekspert komissiyasından keçirmişlər. Komissiyanın rəyi (forma-88) elektron formada ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülüb. Lakin Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən bildirilib ki, poliklinika Zeynalovanın tibbi rəyini tam doldurmayıb. «Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi əsas diaqnozun ağırlaşmalarını təsdiq edən laborator-instrumental müayinələrin nəticələri və TSEKə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşçdirilsinvə ətraflı qeyd edilsin» — cavabını H.Zeynalovun fikrincə, növbəti bəhanə müşaiət etmişdir: Xəstənin Elastografiya müayinəsi. Bu imtinanı yanlış hesab edən Həmid Zeynalov qeyd edir ki, anası 1 salı KTM-də xəstəliini təsdiq edən bütün laborator müainələrdən keçmişdir, TSEK-in tələbi olan Elastoqrafia müainəsi isə heç bir dövlət tibb mərkəzində oxdur. «Dövlət Tibb müəssisəsində olmaan bu müainəni TSEK hansı əsasla tələb edir?» haqlı sualını ortaa qoyan Həmid Zeynalov yazır ki, tibbi sənəddə məhz nəyin natamam olduğunu öyrənmək və bu barədə rəsmən təsdiqlənmiş cavab almaq məqsədilə TSE və Reabilitasiya Xidmətinin rəsi Cavid Əbdülqədirovun qəbuluna düşərək ərizəsini qediyyata aldırsa da, ona rəsmi cavab verilməmişdir. Həmçinin, bildirir ki, Əbdülqədirovun qəbulunda olarkən, onun anası kimi onlarla xəstənin incidildiyinin şahidi olmuşdur. Bürokratiya ilə mübarizəsini davam etdirən Həmid Zeynalov növbəti addımda ƏƏSMN -nin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayevin qəbuluna düşmüş, sonra ƏƏSMN rəhbərliyinə ərizə ilə müraciət edərək TSE və Reabilitasiya Xidməti əməkdaşlarının laqedliyindən, səhlənkar anaşmasından şikayətlənmişdir. Bundan sonra Nazirlik aparatından H.Zeynalova 10 oktyabr 2019-cu ilı tarixli məktub gəlmişdir. Maraqlıdır ki, məktubda xəstənin qaraciyər elastoqrafik müayinəsinin tələb olunduğu təkzib edilmişdir, enə də vurğu göndəriş sənmədinin natamamlığı üzərinə qoulmuşdur: «Hər iki göndərişdə qaraciərin funksiyasının pozulma dərəcəsi, həmçinin laborator müainələrin nəticələrində ölşü vahidi göstərilməib və köməkçi diaqnostikmüainələrin nəticələri diaqnozda qeyd edilmçiş ağırlaşmaları dolğun şəkildə əsaslandırmır». Polilinikanın baş həkimi Fariz Musayev isə təqsiri poliklinikanın Əminə adlı həkiminin üstünə atıb ki, bəs o, sənədi natamam tərtib edib. Məsuliyyəti bir-birinin üstünə atan instansiyaların, həkimlərin arasında naçar qalan Zeynalova rəsmən nazirin özünə müraciət edəndən sonra cavab alıb ki, bəs yenidən komissiyadan keçməlidir. Məqalə dərc olunmağa hazırlanarkən H.Zeynalov redaksiyaya zəng vuraraq bildirdi ki, anası G.Zenalova bu gün növbəti dəfə komissiadan keçmiş, Faris Musayev onlara hər şein qadasında olduğunu, tezliklə artıq bu dəfə «tamamlanmış» «forma-88»-in göndəriləcəyini bildirmişdir. Lakin nə vaxt göndəriləcəi barədə sual mücərrəd cavab vermişdir: «Növbədə olanlar çoxdur. Yaxın vaxtda sizin kağızınız vurulacaq». Gözləyək.
Deryaz Oraqov

123 просмотров всего, 1 просмотров сегодня