PREZİDENTİN «70 YAŞ — » MESAJI ƏHMƏD ƏHMƏDZADƏNİ TƏRPƏTSƏ… KÜRƏKƏNİ İLHAM RƏCƏBOVUN DA «İPİ YIĞILACAQ»

Image result for əhməd Əhmədzadə     Image result for İlham Rəcəbov
“Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır” — Bunu prezident İlham Əliyev bu gün baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə deyib.Yaşlı məmurlara mesaj ünvanlayan İlham Əliyev deyib: “Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.Qeyd edək ki, baş nazirin keçmiş müavini Əli Həsənovla görüşdə də Prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib: “Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.Qeyd edək ki, Prezident Əliyev hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyini bir qədər əvvəl – oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bəyan etmişdi. Dövlət başçısı oxşar fikirləri bundan əvvəl keçirdiyi müşavirələrdə, görüşlərində də açıqlayıb. Ancaq bu gün Prezidentin iqtidar komandasında təmsil olunan yaşlı məmurlara daha açıq mesaj verdiyini söyləyə bilərik.Yeri gəlmişkən, yaşı 70-i keçən məmurların, yüksək vəzifəli şəxslərin öz kreslolarını tərk etməsi təkcə onları cavan və perspektivli kadrların əvəzləməsinə görə deyil, həm də «bütləşmiş» yaşlı məmurların özlərinin nüfuzlarının zəifləməsindən dolayı «strateji» vəzifələrə yerləşdirdikləri qohumlarının indiyədək «dalı-qabağı kəsən qılınclarının kəsərdən düşməsi» demək olacaq. Yəni, daha Hacıbala Abutalıbov kimilərin oğlu tenderləri udmayacaq, Əli Həsənov kimilərin nəvəsi maşınla adamları tapdalamaqdan çəkinəcək.Prezidentin mesajının ünvanlandığı şəxslərdən biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC — nin sədri cənab Əhməd Əhmədzadədir. Doğrudur, onun vəzifədən getməsi şöhrətinə xələl gətirməyəcək, «Şöhrət» ordeni də özündə qalacaq. Amma hər halda kürəkəni, Baş DYP İdarəsinin rəis müavini polkovnik-leytenant İlham Rəcəbovun «ipi yığılacaq». Xatırladaq ki, həmin postda polkovnik Mübariz Şahbazovu əvəzləyən İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı. Onun adı mətbuatda bir çox qalmaqallı məsələlərdə hallanıb. Polis polkovniki İlham Rəcəbov Əhməd Əhmədzadənin qızının həyat yoldaşıdır. İlham Rəcəbovun Bakıda çoxlu sayda evlərə, şadlıq saraylarına, otellərə və başqa biznes obyeklərinə sahib olduğu bildirilir. Paytaxtdakı məşhur «Sirr Şirniyyat» şəbəkə evləri də İlham Rəcəbova məxsusdur. Quba və Qax rayonlarında da obyektlərə sahib olan İlham Rəcəbovun biznesinin və sahib olduğu əmlaklarının böyük hissəsi qızı Səba Rəcəbovanın adına olduğu deyilir.Bildirilir ki, İlham Rəcəbovun təxminən bir il əvvəl Yasamal rayonu, Hüseyn Cavid pr, 520 — ci kvartal, ev 19, mənzil 30 ünvanında qızı Turan Rəcəbovanın adına aldığı mağaza qonşuları narahat edir. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda qızının adına daha bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb. Arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb. Qonşuların Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və başqa müvafiq qurumlara etdikləri şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. Qəribədir ki, sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib və sökülmüş istinad divarı hələ də bərpa olunmayıb. Bu barədə verilən məlumatda xatırlanır ki, istifadəyə verilmiş bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas sayılır.

2,461 просмотров всего, 2 просмотров сегодня