Vətəndaşlar belə haqsızlıqlara görə meydanlara çıxırlar ki, haqq sözlərini deyə bilsinlər-VİDEO

 
İCRA BAŞÇISINDAN ŞİKAYƏT ETDİ, EVİ ƏLİNDƏN ALINDI
 
LERİK
 
 
 
Lerik sakini: “İcra başçısı Rövşən Bağırov evimin qapısını qırdırmış və oraya bahalı bir qıfıl asdırmışdır” 
 

VAXTİLƏ ƏLƏKRƏM HÜMMƏTOV TƏRƏFİNDƏN İŞGƏNCƏ VERİLƏN LERİKLİ ZİYALI İNDİ DƏ RÖVŞƏN BAĞIROVUN QƏZƏBİNƏ TUŞ GƏLİB

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “İnsan Hüquqları” qəzetinin redaktoru İlham Mürüvvət oğlu İbadov 1959-cu il təvəllüdlüdür. Lerik rayonunun üzdə olan, tərəqqipərvər ziyalılarındandır. Təhsil müəssisəsində kargüzar, müəllim işləyib, gəncliyindən işgüzarlığı, ictimai işlərdəki fəallığı ilə fərqlənib, komsomol təşkilatının katibi seçilib. Nümunəvi hərbi xidmət keçib, elə əsgərlikdəcə kommunist partiyasının sıralarına qəbul edilib. Sonradan çalışdığı bütün kollektivlərdə hörmət və nüfuz qazanıb. İstedadlı qələm sahibidir, yaradıcılıq müstəvisində də fərqlənib. Yerli qəzetdə və radioda rəhbər vəzifələrdə işləyib.

1991-1993-cü illərdə İlham İbadov heç nədən qorxmadan, çəkinmədən Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün mətbuat səhifələrində ardıcıl şəkildə tutarlı məqalələrlə çıxış edib. 1993-cü ilin iyun-iyul aylarında Lənkəran şəhər İcra Hakimiyyətinin binasını zəbt etmiş Ələkrəm Hümmətovun quldurları onların özbaşınalığına qarşı çıxmış İlham İbadova üç gün işgəncə veriblər.

Ölkədə sabitlik bərpa olunandan sonra Lerik rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ən ucqar və böyük əraziyə — Osyadərə ərazisinə icra nümayəndəsi göndərilib, sonra yenidən baş redaktorluğa qaytarılıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi çıxışları və məqalələri ilə gündən-günə ad-san qazanıb. Bütün bunları nəzərə alan Lerik rayon İcra Hakimiyyəti 1999-cu ilin sentyabrında onu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına göndərib. Akademiyanın «Kadrın ixtisasartırması və yenidən ixtisaslaşması» fakultəsinin əyani şöbəsinə müdavim qəbul edildiyinə görə İlham İbadov tutduğu vəzifədən azad olunub.

Akademiyada təhsil aldığı iki il ərzində Dövlət bələdiyyə idarəetməsi ixtisası üzrə mükəmməl biliyə yiyələnib. Bayramlarda tarixi-əlamətdar günlərdə, yubileylərdə və digər tədbirlərdə kürsüyə qalxaraq ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb. Görkəmli dövlət xadimlərinin, alimlərin qarşısında dəfələrlə çıxış edib. Adı həmişə fərqlənənlər sırasında çəkilib.

2001-ci ildə «Dövlət və bələdiyyə idarə etməsi» ixtisasını bitirən İlham İbadov Lerik Rayon İcra Hakimiyyəti Başçısı Aparatında kurator kimi əmək faliyyətini davam etdirməyə başlayıb. 2007-cilin noyabr ayınadək kurator işlədiyi zaman da öz obiyektivliyi, prinsipiallığı ilə seçilib, bir ziyalı kimi cəmiyyətə xidmət edib.

2007-ci ilin noyabr ayından 2011-ci ilin əvvəllərinədək Lerik rayon Təhsil Şöbəsində Metodiki kabinetin müdiri işləyən İlham İbadovun pedaqoji fəaliyyəti dövri mətbuatda geniş işıqlandırılıb. Barəsində gedən məqalələrdə o, belə xarakterizə olunur: «Haqqın müdafiəsi, təsir edə biləcəyi və sözü eşidilən hər yerdə sözün doğrusunu vaxtında və çəkinmədən deməyi bacarmaq, insanlara lazım olduğu anda lazımi qiymət vermək və köməyini əsirgəməmək, qiymətləndirdiyi insanın hər hansı bir problemini özününkü hesab etməyi bacarmaq onun xüsusiyyətidir. Ilham müəllim əqidəsində o qədər ardıcıl və qətiyyətli bir şəxsdir ki, onun həqiqətlərini şübhəyə alıb müzakirə mövzusuna çevirmək haqsızlıqdır».

Ancaq İlham İbadov bir sıra kütləvi informasiya vasitələrinə, o cümlədən, «Dəryaz» qəzetinin redaksiyasına müraciət edərək bildirir ki, indi doğma rayonunda baş alıb gedən haqsızlığa, ədalətsizliyə qarşı çıxdığına görə yerli Rövşən Bağırov hakimiyyətinin qəzəbinə tuş gəlib. Belə ki, daxili işlər naziri cənab Vilayət Eyvazov sentyabrın 24-də Lənkəran şəhərində cənub bölgəsi raonlarının vətəndaşları ilə görüşəndə İlham İbadov da onun qəbuluna düşüb. Cənab nazirə Lerik raonunda vüsət alan korrupsia hüquqpozmaları barədə tutarlı məlumatlar verib. Deyib ki, Lerik rayonu Milli Məclisin deputatı İqbal Məmmədova, onun qardaşı Çingiz Məmmədova məxsus, bu yaxında işçiləri hökumət nümaəndələrinə qarşı kobudluq etdiklərinə görə məsuliyətə cəlb olunmuş «Relax» istirahət mərkəzindən idarə olunur. İcra nümayəndələrinə natural vergi qoulub, tapşırıq verilib ki, kənd təsərrüfatı məhsulları tədarük edib vaxtaşırı «Relax»a gətirsinlər. RİH başçısı R.Bağırov başda olmaqla rayonun aktivləri bu məkana yığışıb Lerik vətəndaşlarının vəziyətini pisləşdirən qərarlar qəbul edirlər.

Ərizəsinə «Yutub» kanalında adığı açıq video-müraciəti də əlavə edən İlham İbadov bildirir ki, ertəsi gün raon rəhbərinin qəzəbinə tuş gəlib. Şəhərdən evə qaıdanda ona məxsus üçotaqlı mənzilin qapısınıln açarını dəişdirilmiş görüb. Açarı dəişdirib. Sonra yenə bu hal təkrarlanıb. Rayon rəhbərliyi həmin mənzilə bir qadını yerləşdirib.

Lerik RİH başçısı cənab R.Bağırova zəng edib məsələyə münasibətini öyrəndik. Bildirdi ki, İ.İbadovu Lerikdə hamı tanıyır, həmin mənzilə sahiblik hüququ yoxdur, Züvüç kəndində evi var və sözügedən mənzilə daha çox ehtiyacı olan üçəm əkiz uşaqların anasını yerləşdiriblər.

Sonra yenə şikayətçi ilə əlaqə saxladıq. Bildirdi ki, həmin qadın uşaqları Rusiyada dünyaya gətirib, ona məxsus mənzilə yerləşdirilməsi də yenə İqbal Məmmədovun diqtəsi ilə olub, çünki qadın onun «Relax» otelində işləyir: «Mən Züvüç kəndində doğulmuşam, oradakı ev atamın olub, indi də mənim deyil, torpağım da yoxdur. Mənzil isə mənə məxsusdur. Həmin evdə 2009-cu ilin iyul ayından yaşayıram. 5 nəfər rəsminin imzası ilə evi öz öhdəmə götürmüşəm. Sənəddə qeyd olunur ki, binadakı mənzillərin orderləşdirilməsi, MİS-nin balansına verilməsi prosesi müəyən vaxt tələb etdiyindən, bu işləri tamamlananadək yuxarıda qeyd olunan mənzil vətəndaş İlham İbadovun bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim edilsin».

İ.İbadov haqq işi uğrunda mübarizəsini sonadək aparmaqda israrlıdır.

 
 
P.S. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün,Lerik rayon İcra Hakimiyyətinin Başçısı cənab Rövşən Bağırova zəng etdik. Başçının dediklərini də təqdim edirik.
 
 

Deryaz.az

320 просмотров всего, 1 просмотров сегодня