BURADAN XƏBƏRİN VARMI, CƏNAB ŞİRƏLİYEV? — GİLEY

Buradan xəbərin varmı, cənab Şirəliyev? - GİLEY

«Hazırda «Semaşko»dayam. Bura rəsmən bazardır. Yaxn qohumum burada «mrt» olunmalıdır. Gəlmişik. Əvvəlcə, 160 manat istədilər, sonradan etiraz etdik 120 manat aldılar. Bilmirik, bura dövlət xəstəxanasıdır, yoxsa, bazar?». Bunu DİA.AZ-a şikayət edən vətəndaş 1 saylı Şəhər Kliniki Xəstəxanasında rəsmən bazar açıldığını iddia edir.

Narazı vətəndaş bildirir ki, həkimə etiraz etdik və göstərilən tibbi xidmətə görə çek tələb etdik:

«Əvəzində sanki bizi şantaj etdilər. Dedilər ki, sizin «napravleniya»nız yoxdur. Anlamıram. İndi mən dövlətin xəstəxanasına göndərişsiz müraciət edə bilmərəm?»

Vətəndaş sonda DİA.AZ vasitəsilə Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edir: «Cənab Şirəliyev, sizin buradan xəbəriniz varmı? Burda insanların dərisini soyurlar».

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

 

272 просмотров всего, 1 просмотров сегодня