Təhsil nazirliyi bu ləkəni üzərindən nə vaxt götürəcək ?

FƏRİDƏ ŞƏRİFOVANIN QARAGÜRUHÇU DƏSTƏSİNİN MƏTBUAT ŞURASINDA UĞURSUZ TƏXRİBAT CƏHDİ

Birinci şəkildə bəzi üzürlü səbəbdən Mətbuat Şurasının iclasına gecikdiyimizdən bu «dindar»lar özlərini «mələk cildində göstərərək ünvanımıza yalan və böhtan dolu iftiralar yağdıraraq az qala komissiya üzvlərini öz riyakarlıqlarına inandırmağa çalışmışdılar.

WhatsApp Image 2019-03-08 at 23.33.32

İkinci şəkildə isə saatlarla qapı arxasında gözləyən bu 5 şikayətçilərdən şikayətçi olan Şölə Qasımova və Rahib müəllim məntiqli çıxışları ilə bu saxtakarların yalanlarını ifşa etdi.  Sonra yekun rəyə gələn komissiya qərara gəldi ki, Bakı şəhəri Suraxanı rayonu 275 saylı orta məktəbin bir qrup əməkdaşının “deryaz.az” saytına qarşı şikayətinin araşdırılması zamanı müəyyən edilib ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Eyni zamanda, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının (PDQ) balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin də mövqeyini öyrənib. Şikayətçilərə və sayt təmsilçilərinə dərc olunmuş materialdan kənar mübahisələrini hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq aydınlaşdırsınlar.
https://azertag.az/xeber/Metbuat_Surasinin_sikayetler_uzre_komissiyasinin_iclasi_kechirilib-1255106

http://lent.az/news/307832

Komissiya tövsiyyə etdi ki, əgər şikayətçilər bu qərardan narazıdırsa məqalələrdə ciddi faktlar olduğu üçün araşdırılması üçün hüquq- mühafizə orqanlarına müraciət edək. Biz bu təklifə beş əlli razı olsaq da bu beş həpənddən heç biri razı olmadılar.

MÇ

 

275 saylı məktəbin Fizika müəlliməsi Mirzeyeva Alide dərs zamanı məhv olmaqda olan təhsilin falına baxır.

275 saylı məktəbdə baş alıb gedən neqativ hallar barədə «Deryaz.az»da gedən yazılar sırasından axırıncıda bildirmişdik ki, direktor Fəridə Şərifovanın tərəfdarları saytımızdan Mətbuat Şurasına şikayət ediblər. Srağagün məhz həmin şikayətə Şuranın Şikayətlər Komissiyasında baxılmışdır. İclasda şikayətçi tərəfi məktəb direktorunun «üç muşketyorları» — məktəbin Həmkarlar komitəsinin sədri Şahab İsayev, texniki işçi Şamxal Xanməmmədov, hərbi hazırlıq müəllimi Coşqun Soltanov, tində -bucaqda valideyinlərdən rüşvət yığan Yusif müəllim və direktor müavini Ayşə Məmmədovanın «D`Artanyanı» — əri Allahverdi müəllim təmsil edib. O Allahverdi müəllim ki, məlum iclasdan bir gün əvvəl baş redaktorumuzla telefon söhbətində şərəfdən,kişilikdən dəm vurmuş, sabahkı iclasa gəlməyəcəyini, redaksiyamızdan umduğu isə yalnız bundan sonrakı yazılarda həyat yoldaşı Ayşə müəllimənin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  Təchizat  şöbəsində işləyən oğlu Rüfət Mirzəyevin adının çəkilməməsi  xahiş etmişdi. Baş redaktor isə ona bildirmişdir ki, sizin harasa şikayət etməyiniz bizim üçün heç bir məna kəsb eləmir. Ancaq həyat yoldaşınızın adının Mətbuat Şurasına şikayət edən 18 imzanın siyahısında olmaması,  Şölə Qasımovanın əleyhinə tərtib edilən  saxta imzaların içində onun da adının yer almasına etiraz etməsinə dair səs yazısı və bir neçə buna oxşar hallara görə  Ayişə Məmmədov barədə bir cümlə də belə yazı getməyəcək. (Allahverdi müəllimdən fərqli olaraq baş redaktor kişi sözü verdi və dediyini də etdi) və Allahverdi müəllim də and-aman edib, kişi sözü verib ki, mən yataqda yatıram, səhərki iclasa da getməyəcəyəm. Amma «Dəryaz» qəzetini təmsil edən baş redaktorumuz Mətbuat Şurasında keçirilən məlum iclasda Allahverdi müəllimin iclasa hamıdan qabaq getdiyini, şikayətçilər dəstəsinə başçılıq etdiyini, çıxış üçün birinci söz aldığını görəndə təəccüblənmişdir. Bu yerdə xatrırlatmağa dəyər ki, Allahverdi müəllim BŞTİ-də tərk etdiyi vəzifəsini və 275 saylı məktəbin rəhbər şəxslərini himayə etmək missiyasını miras kimi məhz öz oğluna ötürmüşdür. Təəccübümüzə səbəb olan daha bir məsələ isə BŞTİ-nin 275 saylı məktəbə göndərdiyi yoxlama komissiyasının bir üzvünün də məhz direktor müavininin oğlu Rüfət Mirzəyevin olmasıdır.  Mənbə bildirir ki, idarədən nə vaxt məktəbi yoxlamaq üçün komissiya getməyə hazırlaşanda Rüfətin dostları ona, o isə anasına qabaqcadan məlumat verir. Hələ məlumatlı olmaqlarına baxmayaraq komissiya nöqsanların içərisində itib-batır.  Haqlı sual ortaya qoymuşduq: Övlad öz valideyninin fəaliyyətini yoxlayırsa, çıxaracağı nəticənin ədalətli olacağına zəmanət varmı? İclasda həmçinin maraqlı tərəf kimi məktəb direktorundan narazı olan keçmiş təsərrüfat müdiri Şölə Qasımova və sabiq riyaziyyat müəllimi Rahib müəllim də iştirak etmişlər. Şikayətçilər danışsalar da, F.Şərifovanın şər-böhtan üstündə qurduğu instruktaja tam əməl edə bilməyiblər və şikayətlərini əsaslandırmaqda çətinlik çəkiblər. Onların çıxışları əsasən məktəb rəhbərliyini və bir-birlərini tərifləməkdən ibarət olub. Maraqlı tərəflər olan Ş.Qasımova və Rahib müəllim isə tutarlı arqumentlərə söykənən nitqlərində F.Şərifova tərəfindən şərləndiklərini təsdiqləyiblər və saytımızda getmiş yazılarda onlarla bağlı məqamların doğru olduğunu söyləyiblər. Ş.Qasımova ailə başçısını itirdiyini, üç övlad anası olduğunu, övladlarının ikisinin xəstə olduğunu, şərlənərək işdən çıxarılmasının, işə bərpa üçün apardığı mübarizə işinin, məhkəmə çəkişmələrinin onun onsuz da qeyri-qənaətbəxş olan maddi vəziyyətinə çox mənfi təsir etdyini söyləyib. Baş redaktorumuz öz çıxışında «Dəryaz» qəzeti barəsində məlumat vermiş və bildirmişdir ki, redaksiya rəhbərliyi tənqidi yazıların çoxluq təşkil etdiyi qəzetdə və onun internet səhifəsi olan «Deryaz.az» saytında gedən materiallardan irəli gələn məsuliyyətdən heç vaxt boyun qaçırmayıb. Demişdir ki, 275 saylı məktəblə bağlı yazılara münasibət bildirilməsi üçün məktəb rəhbərliyinə hər dəfə tribuna təklif olunmuşdur. MŞ-nın Şikayətlər Komissiyası tərəfləri dinləyib tövsiyə edib ki, şikayət tərəfi MŞ-na şikayətin motivinin ətraflı izah ediləcəyi ərizə ilə müraciət etsinlər. Gözlədikləri nəticənin əldə olunmadığını görən şikayət tərəfi iclas bitəndən sonra o vaxta qədər çoxdan sınaqdan çıxardıqları və xeyli təcrübə toplamış olduqları qaraqışqırıq metodunu işə salıblar — MŞ-nın binasının çıxışında baş redaktorumuzun üstünə hücum çəkib onu təxribata çəkməyə çalışıblar. Lakin Şura üzvlərinin konstruktiv müdaxiləsi sayəsində onların təxribat cəhdləri uğursuz alınmışdır.

IMG-20190306-WA0005

Bu maşın, məktəbdə «yarımştat»xadimə işləyəın  və 50 manatlıq ləqəbi ilə tanınan Şamxal Xanməmmədovun maşınıdır.

IMG-20190306-WA0000

Bu, şagirdin üstündə selfi çəkdirdiyi maşın isə məktəb direktoru Fəridə Şərifovanın maşınıdır

İndi isə keçək məktəbin daxilində baş verənlərə. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Fəridə Şərifovanın — barəsində tutarlı faktlara söykənən tənqidi yazılar dərc etdiyimiz 275 saylı məktəbin direktorunun yerini dəyişdirmək istəyir. BŞTİ-nin məqalələrdə ehtiva olunan məsələləri görməzdən gəlməyinin səbəbi də artıq məktəb direktorları arasında yerdəyişmə seçiminin başlamasıdır. Şəhər təhsilinin rəhbərliyi yerdəyişmə yolu ilə problemi həll edəcəklərinə ümidlidir. Deyilənə görə, Fəridə müəllimə artıq özü də ona «sən bu məktəblə bacarmayacaqsan» sözünün deyildiyi müzakirə vaxtı bu təkliflə razılaşıb və «onsuz da yediyimi zəhərə döndərirlər» cavabını verərək, «normal, sakit bir yerə» getmək fikrində olduğunu deyib. Hərçənd, «çemodan» əhval-ruhiyyəsində olan direktor həmin müzakirədən sonra məktəbdə mesaj verib ki, gedəcəksə də, özündən sonra uzun müddət xatırlanası bir möhür vurub gedəcək. Di gəl, 275 saylı məktəbin tərəqqipərvər müəllimləri F.Şərifovanın günahlarının üstündən «məndən ötdü — qardaşıma dəydi» prinsipi ilə keçməyə razı deyillər və hesab edirlər ki, o, hara gedəcəksə, oranı da bərbad günə qoyacaq. Odur ki, fəaliyyətinin dürüst yoxlanılmasını, əməllərinə hüquqi qiymət verilməsini istəyirlər. Məlumata görə, məktəbə gəlmiş komissiya gedən kimi direktor müəllimlərə təcili izahat yazdırıb ki, bəs dərs saatları azdır və onlar saatları «hörmət» müqabilində satın almırlar. Mənbə məlumat verir ki, BŞTİ — nin əməkdaşı, komissiyanın mötəbər üzvü Adil və Elməddin müəllim bu dəfə də saxta izahatlara göz yumub. Mənbənin təqdim etdiyi budəfəki informasiya paketində şagirdlərin nadinclik etdiyi sinfin və sinifdə kart oynayan müəllimin adı bəlli olub. Belə ki, təqdim olunan video-materialda şkafın üstünə dırmaşdıqları, partanın üstündə atılıb-düşdükləri görüntülənən yeniyetmələr dil-ədəbiyyat müəllimi Leyli Abdullayevanın rəhbəri olduğu X «b» sinfinin şagirdləridir. Kartla oynayan müəllimə isə fizika müəllimi Alidə Mirzəyevadır. İnformatorumuz müəllimlərdə günah görmədiyini bildirir: «Alidə Mirzəyeva pis müəllimə deyil. Amma yazıq neyləsin? Şagirdlərin əksəriyyətinin pulu alınaraq aylığa buraxılıblar. Cəmi üç nadinc şagird qalıb ki, onlara da dərs demək mümkün deyil. Müəllim də nə iləsə başını qatmalıdır ki vaxtı keçsin də». Məktəbdə direktor nəzarətsizliyi ucbatından dərinləşən nadinc şagirdlər problemi digərlərinin tərbiyəsinə mənfi təsir göstərməkdədir. Mənbənin verdiyi məlumata görə, valideynləri ciddi narahat edən belələrinin adları direktora məlum olsa da, onların məktəbdən kənarlaşdırılmalarına dair məsələ qaldırılmasına baxmayaraq, müəssisə rəhbəri və müavini Ayşə müəllimə həmin şagirdlərin sinif rəhbərləri ilə anlaşıb biabırçılığı gizlədir, heç bir tədbir görmür. Tərbiyə işləri üzrə yeni direktor müavini Yaqut Ağayeva da artıq tükənib, nadinc və çətin tərbiyə olunan şagirdlərin biədəb işlərinin qarşısını almaq iqtidarında deyil». Son məqamda redaksiyaya daxil olan məlumata görə, məktəb rəhbəri və çetesinin üzvləri dünən «Dəryaz.az» saytının sırf texniki səbəbdən internetdə müsaid olmamasından şou düzəldiblər və kollektiv qarşısında sinələrinə döyüblər: «Görürsünüz, Mətbuat Şurası bizim sözümüzlə saytı bağlatdırıb!» Bu qəzetin adı Mətbuat Şurasının «qara siyahısındadır» deyənlər əmin olsunlar ki,onların fikirləri yanlışdır.

reket

P.S. Qeyd edək ki, Bakı şəhər Tİ- nin axırıncı yoxlamasından sonra 11 b sinif jurnalındakI qiymət düzəlişinin kriminal xarakterli olmasına görə idarənin tövsiyyəsi, jurnalı dəyisdirib yenisi ilə əvəz olunması tapsırığını həyata kecirildiyi bir vaxtda 07.03.2019 tarixində oxsar hadisə bas vermişdir. 11 d sinif jurnalı itmişdir. 1- ci jurnalın » itməsi»bilindikdə Yusif müəllim pafoslu çıxışı ilə :-«polis cağırmaq», bu mümkün olmadıqda » qara köpək» gətirtmək lazımdır — demişdir. Sonuncu jurnalın itməsi ilə baqlı asagıdakı ehtimalar vardır: 1) Bu jurnalda Bakı şəhər Tİ- nin yoxlamasında kriminallar siyahısında oldugu üçün yenə də Camal müəllimin göstərişi ilə Fəridə Şərifova tərəfindən «itirilmişdir»; 2) Sinif rəhbəri «mömin» Yusif müəllimlə kimya müəllimi «mömin» Amil müəllim arasında narazılıqla baglı olmuşdur. Belə ki, şagirdlərdən pul alaraq təhsildən yayındıran Yusif müəllimə etiraz bildirən Amil müəllim həmin şagirdlərə » 2″ yazmışdı; 3) Direktor Fəridə Şərifova bu kriminalları reallasdırmaq və öz maraqlarını təmin etmək üçün növbəti adımını atmışdır. Yəni 11 d sinifin  jurnalını » itirmişdir «. 2018 ci ildə 11- ci sinif şagirdlərindən » Son zəngə»  150 manat pul yıgılmasına etiraz edən 11 d sinif şagirdləri öz jurnallarını cırmışlar. F.Sərifova » jurnal itmişdir» adı ilə yeni jurnal yazdıraraq 3 nəfər şagirdə qanunsuz attestat verilməsini də, reallaşdırmışdır; 4)  8 mart qadınlar bayramı ilə də baglılıq mümkündür. Mömin Yusif müəllim valideyinlərdən bayrama 20 — 30 manatdan pul yıgmaqla xanım direktoru » razı salmış «, qadın müəllimlərin saya salınmaması isə səbəb ola bilər. Yusif müəllimin pul alması ilə baglı oxşar hadisə ötən ildə » Dəryazın » ekranına tus gəlmisdi.

IMG-20180503-WA0001   IMG-20180503-WA0003

Göründüyü kimi 275 saylı məktəbdə kriminallar davam edir və » yazıq » direktor məcbur olub polis cagırmışdır. Bu polislər nə üçün məktəbdə dolasır? a) 11 b ve 11 d jurnallarının » yox olması » faktının üzə düşməsi ilə ; b) 2 martdan 3 marta keçən gecə DIM — nin 9 cu siniflərdə keciriləcəyi imtahan vaxtı arxa qapının özbaşına acılaraq dövlət tədbirinin pozulmasl faktı və həmin gecə saat 20 dən — 23 — dək 33 nömrəli PB — də aparılmış arasdırma ilə ; C) 5 martda F.Şərifovanın müəllim və valideynləri təhqir etməsi və əvəzində öz layiqli cavabını alması faktı ilə ; c) 1 martda hormətli bir televiziyanın məktəbdəki cinayyətlərlə baglı apardığı cəklişə görə ; d) F.Şərifovanın öz işçilərinə hədə qorxu gəldiyinə görə onların təhlükəsizliyini təmin etmək məqsədilə ; e) 6 cı sinifdə » Lezbiyanka » məsələsi ilə baglı : j) 1 ci sinif şagirdinə psixoloji təzyiqlə , 6 cı sinif şagirdinin dərs vaxtı döyülməsi, dərsə gəlməyən 10 cu sinif şagirdinin cinayətləri ilə baglı hüquq — mühafizə orqanlarındakı araşdırmalarla baglıdlr. Göründüyü kimi 275 saylı  məktəb idarə olunmaz vəziyyətə düsüb. Polisin də gücü catmır. Yusif müəllimin » qara köpəyi » də , basqa vəhşi heyvanlarla da bu cinayətləri qaydaya salmaq mümkünsüzdür. 275- in » dəyirmanı » isə öz caxçagındadır.Müəllimlər məcburiyyət qarşısında şagirdlərdən , valideyinlərdən pul toplayıb, növbəyə duraraq direktor » xanıma » 50 — 100 manatdan bayram pulu verməkdədirlər. Valideyinlər sag olsun ki, » kişi » müəllimlərin də » 8 martını » unutmamışlar.

IMG-20190306-WA0002                 tal;.

 

Şagirdlərə hərbi vətənpərvərlik ruhunu «aşılayan» Coşqun müəllim isə məktəbin həyətinə talış sözlərindən ibarət «xalı» döşətdirərək əslən lerikdən olan direktor Fəridə Şərifovaya və Həmkarlar İttifaqının sədri Şahab İsayevə yarınmaq istəyir.Boş vaxtlarında da onlara sürücülük ediB iclaslara daşıyır.

Məqalədə adları keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.

Direktor isə, əvvəlki mövqeyində dayanaraq qəti şəkildə bildirir ki, BŞTİ- ona ünvanladığımız suallarımızı cavablandırmağa qadağa qoyub.

Biz də Mətbuat Şurasının gəldiyi qərara dəstək olaraq belə nəticəyə gəldik ki,məktəbdə baş alıb gedən cinayət xarakterli bu əməllərin araşdırılması üçün aidiyyatı qurumlara müraciət edək. İnanırıq ki, həmin qurumlar bu özbaşınalığa son qoyacaq və bu saxtakarlıqda əli olan hər kəs layiqli cəzalarını alacaqlar

Mövzunu davam etdirəcəyik.

Mətbuat Şurasında baş tutan görüşün audio yazını isə material hazır olan kimi təqdim edəcəyik

1,962 просмотров всего, 1 просмотров сегодня