Qubanı dostuna qurban verən icra başçısı.VİDEO

 

Картинки по запросу ziyəddin əliyev

ÇAYLARIN MƏCRASINI DƏYİŞƏN PUL GÜCÜ

– SEL GÜCÜ.

ƏLBİR OLUB SAHİBKAR BAŞÇI İLƏ…

deryaz2

Məlum olduğu kimi, bu il iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsü dağılaraq yararsız hala düşdü. Faktla bağlı cinayət işi başlanıldı. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (erin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edildi. Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayırılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suyu ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub. Müəyyən edildi ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat” MMC tərəfindən 191440 manat, “Elnicat” MMC tərəfindən 356400 manat, “Azpod” MMC tərəfindən 950400 manat, “Attinak” MMC tərəfindən 1372800 manat, “ATF” MMC tərəfindən 316800 manat, “Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110880 manat təbiətə ziyan dəyib. Sözügedən hadisə və onu müşayiət edən sonrakı assosiasiyaların üzərində çox dayanmaq fikrimiz yoxdur. Bir məsələnin vacibliyini vurğulamaq istəyirik ki, dövlətə, xalq təsərrüfatına ciddi ziyan vuran belə hadisələrin qarşısını almaq üçün hansısa körpünün uçub dağılmasını gözləmək lazım deyil, saxta sahibkarların qanunsuz hərəkətlərinə qarşı hamılıqla mübarizə aparmalı, onların vaxtında zərərsizləşdirilməsi üçün vətəndaş cəmiyyəti olaraq dövlətə etibarlı tərəf müqabili kimi çıxış etməliyik. Bu müstəvidə əlbəttə ki, kütləvi informasiya vasitələrinin əhəmiyyəti, görə biləcəkləri işlərin əhəmiyyəti böyükdür. Tərəqqipərvər KİV olan “Azərbaycan Informasiya Agentliyinə ”  Quba rayonundan karxanaların qanunsuz fəaliyyəti ilə bağlı ilginc məlumatlar daxil olmuşdur. Söhbət əslən Qərbi Azərbaycandan olan Famil adlı iş adamının ziyankar əməllərindən gedir. Etibarlı mənbədən daxil olmuş məlumata görə, Famil bəyin atası Akif Nəbiyevin Bakının Binəqədi rayonunda asfalt zavodu var. Bildirilir ki, Qubanın icra hakimiyyətinin başçısı, əslən Qərbi Azərbaycandan olan Ziyəddin Əliyev vaxtilə Mehdiabaddakı 2 saylı Yol Təmir Tikinti İdarəsində işləyəndə Akif müəllimlə dost olublar. Birgə maxinasiyalı işlər çeviriblər. Xatırladaq ki, Akif Nəbiyev 1992-1997-ci illərdə isə Bakı Baş Tikinti İdarəsinin Bakı Yol Tikinti Trestinin İstehsalat Texniki Təchizat İdarəsinin Asfalt Beton Zavodunun rəisi vəzifəsində çalışmışdır. 1997-ci ildə Bakı Baş Tikinti İdarəsinin müəssisələri özəlləşdirməyə açıq elan olunarkən Akif Nəbiyev dövlət özəlləşdirmə Proqramı çərçivəsində İstehsalat Texnoloji Təchizat İdarəsini özəlləşdirmiş və idarənin bazasında İstehsalat Tikinti Mexanizasiya Şirkətini təsis etmişdir. Şirkətin istehsalat sahələri Bakı şəhərində, Sizəyən və Quba rayonlarında yerləşir. Dərnəgüldə 20000 kv/m-lik sahədə istehsal gücü 50m3/saat olan beton qovşağı və bardür istehsalı sexi, Binəqədi şossesi sənaye sahəsində 40000 kv.m-lik ərazidə asfalt zavodu kompleksi, 110 ton/saat istehsal gücünə malik Teltomat asfalt zavod kompleksi, aluminium və plastik qapı pəncərə istehsalı və ağac emalı sexləri vardır. Həmçinin şirkətin Siyəzən rayonunun Gil-Gil çay sahəsində qum-çınqıl karxanası, Quba rayonunun Qaraçay sahəsində istehsal gücü 40, 50 və 60 ton/saat olan 3 qum-çınqıl karxanası, Quba rayonunun Vəlvələçay sahəsində istehsal gücü 250 ton/saat olan Teknotak qum-çınqıl karxanası fəaliyyət göstərir. Famil bəy 5-6 ildir ki, atasının şirkətinin Qubadakı talançı fəaliyyətinə nəzarət edir. Görünür, Ziyəddin müəllmim Qubaya rəhbər vəzifəyə təyinat alandan sonra dostluğa sadiq qalıb və başçılıq etdiyi rayonda dostunun oğluna daha geniş meydan verərək, necə deyərlər, “yaşıl işıq” yandırıb. Xaricdə təhsil almış, rus və ingilis dillərini sərbəst bildiyi deyilən Familin təxminən 40 yaşının olduğu bildirilir. Belə çıxır ki,  ölkəmizin hüdudlarından kənarda öyrənə bildiyi nəsnələr yalnız saxtakarlıq üsulları, dövlətlə hesablaşmadan təbii sərvətləri talan etmək, nəyin bahasına olur-olsun, haram kapital qazanmaq yolları olub. Vəlvələ və Qaraçayda iki sexi olan Familin Qubadakı karxanasında asep və şeben hasil olunur. Heç bir əndazəyə sığmayan bu dağıdıcı fəaliyyət nəticəsində çayın məcrası genişlənir, dəyişir, suyun səviyyəsi aşağı düşür. Əsasən, gündüzlər deyil, gecələr işləyirlər. Bu da əsla gündüzlər başqalarını narahat etməmək üçün deyil, əslində fəaliyyətlərində qaranlıq məqamların olması ilə əlaqədardır. Məlumata görə, karyerdən gündəlik 30-40 ağır tonnajlı maşınlarla yük daşınır. Bu maşınlar Bakı-Quba yolunu dağıdırlar. Mənbə xəbər verir ki, karxananın texnikası Qaraçayı eşdiyi yerdə yerli sakinlərdən Vurğun adlı şəxsin evi karyerə yaxın yerləşdiyindən o,buna etiraz əlaməti olaraq şikayət edib. Onu susdurmaq üçün işə götürüblər. Həmçinin bildirilir ki, pulları asfaltın altından, yerin təkindən, çayların məcrasından çıxan Akif müəllimin  Binəqədidə əyləncə mərkəzi var idi. Onu sökdürüb yerində hündürmərtəbəli bina tikdirir. “Dərnəgül” əyləncə mərkəzi də bunların idi.

Dəryaz qəzetinin redaksiyasını məlumatlandıran mənbə onu da qeyd edir ki, Akif Nəbiyev elə bir imkana sahibdir ki, nəsillikcə sürdüyü 402 seriyalı bahalı maşınları heç DYP də saxlamır. O, qazandığı bu haram pullarla Binəqədi rayonunun “Zeytunluq”kimi tanınan bahalı yerində oğlanları,Famil və Amilə dəyəri milyonlarla ölçülən 2 ədəd 3 mərtəbəli villa,özünə isə kənd binəqədidə elə bu dəyərdə imarət tikdirib. Akif  müəllimin ətraf “kruqu” da elə belə adamlar deyil. Mənbə bildirir ki,Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Akif müəllimin oğlunun toyuna 5000 mana nəmər yazdırıb.

Deyilənə görə Binəqədi rayon prokuroru Akif Nəbiyevi yanına çağıraraq deyib ki,yuxarıların xəbəri var ki, sənin illik dövriyyən 5000000 (milyon) manatdır. Qazancın da pis deyil filan qədər gətirməlisən. Bu məsələyə görə Nəbiyevlə prokuror arasında narazılıq yaranıb. Sonradan həmyerlilərindən biri araya girib münasibəti yaxşılaşdırıb.

Redaksiyaya məlumat verən mənbə onu da qeyd edir ki, Akif Nəbiyevin Xudatda “Asfen” şirkətinin rəhbəri ilə şərikli”Palma”restoranı da var.  Onu “Asfen” şirkətinin rəhbəri ilə bağlayan tellər isə hər ikisinin Azərenerjinin keçmiş sədri Etibar Pirverdiyevlə dost olmasıdır. Bu üçlük “Bayraq meydanı”nın tikintisində küllü miqdarda yeyintiyə yol verdiyindən  həmin tikili tez bir zamanda bu mənimsəmələrin qurbanına çevrildi.

Ekologiya və Təbii Sərvətlər Naziriliyinin Regional İdarəsində Nəbiyevlərin adamlarının olduğu deyilir. Yoxlama gələndə onlara tez xəbər çatdırılır. Axırıncı dəfə “xala xətrin qalmasın” 30 min manat cərimə olunan Nəbiyevlərin sahibkarlıq subyekti yenə də öz talançılıq fəaliyyətini, həm də daha böyük vüsətlə davam etdirməkdədir.

Qarşı tərəfin də mövqeyini örənmək üçün Famil bəyə telefon açdıq.  O, bildirdi ki, kənardayam, 2 günə gəlib suallarınıza aydınlıq gətirəcəyəm.Təssüflər olsun ki,həmin vaxtdan bir neçə gün keçsə də Famil bəy telefonumuzu götürmədi.Quba rayon icra başçısına göndərdiyimiz məktubdan da  bir cavab çıxmadı.

Məqalədə adları hallanan hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.

 

P.S.  Araşdırılmasına ehtiyac duyulan xeyli faktlar var ki, onları da növbəti sayımızda dərc edəcəyik

Deryaz.az

2,096 просмотров всего, 1 просмотров сегодня