«MƏRKƏZİ QƏMBƏROV SEÇKİ KOMİSSİYALARI»

 

Картинки по запросу Məzahir Pənahov

Картинки по запросу xəzər rayon icra başçısı gülağa

Son vaxtlar müğənni Nazpəri Dostəliyevanın elmi iş müdafiə etməsi ilə bağlı yayılan xəbər gündəmi zəbt edib. Məsələyə münasibət bildirən bəzi ekspertlər elmi işləri şübhəli olan başqa şəxslərin də adlarını dilə gətirmişlər. Etiraf edək ki, cəmiyyətimizdə layiq olmdığı imtiyazları, ictimai mövqeni qazanmaq, arzu etdiyi «yağlı» vəzifələri ələ keçirmək naminə harama əl atan, saxta diplom, elmi ad əldə edən adamlar çoxdur. Uzun illər Buzovna qəsəbəsi 1 saylı Xüsusi təyinatlı MKTB-nin 111 saylı MİS-nin rəisi, sonradan Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışmış Hal-hazıradək də 14 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsini daşıyan İmran Qəmbərovun ali təhsil haqqında diplomunun saxtalığı məsələsi hələ də açıq qalıb.  «Dəryaz»qəzetinin redaksiyasına verilən məlumata görə, İmran Qəmbərov hələ ki, bu söhbəti təkzib etməyib, rəsmən aydınlıq gətirməyib. Sual verib həmin naqisliyini ona təkrar xatırladanları isə məhkəməyə verəcəyi ilə qorxudur. Onun işlədiyi vəzifələrin öhdəsindən gələ bilməməsi barədə indiyədək dəfələrlə şikayət Buzovna qəsəbəsi və Xəzər rayon sakinlərinin şikayət xarakterli gileyləri yayılıb. Həmçinin o da bildirilib ki, İ.Qənbərov daşıdığı vəzifələri layiqlə yerinə yetirə bilməsə də, həmin vəzifələrin verdiyi səlahiyyətlərdən geninə-boluna istifadə etməklə, özünə külli miqdarda haram kapital toplaya bilib. Bir neçə il bundan əvvəl Qəmbərovun sərvətinin natamam siyahısı da açıqlanmışdı: — Buzovna-Maştağa yolunun sol tərəfində, “Retro” restoranının arxasında 3 həyətyanı torpaq sahəsi, ikimərtəbəli evlər; — Buzovna-Maştağa yolunda Avtobus Parkının arxasında 50 sot torpaq sahəsi (Dövlət fonduna aid torpaqlardır, saxta sənədlərlə zəbt olunub ələ keçirilib); — Albalı massivində bağ evi-24 sot; — 111 saylı MİS-in ərazisində 9 mərtəbəli binanın 16 ədəd ev (kimsəsiz və tənha insanların evləridir, ələ keçirib); — Nəsimi rayonu ərazisində göydələnlərdə 10 ədəd mənzil; — Gürgan qəsəbəsində 8 ədəd torpaq sahəsi (qəsəbə bələdiyyəsindən MSK sədri M.Pənahovun adına alıb); — Buzovna-Maştağa yolunun sol tərəfində “Retro” restoranının yanında 4 min kvm. sahəsi olan ticarət obyekti (yaşıllıq zolağını kəsib yerində tikib. Həmin yeri 34 yerə bölüb icarəyə verib, hər biri ayı 500 manata icarəyə verdiyi bildirilirdi). Təxmin edirik ki, o vaxtdan indiyədək bu siyahıda artım olub. Hətta azalma olsa belə, bu o demək deyildir ki, azalanlar Qənbərovun əlindən çıxıb. Mal-mülk satıla, formasını dəyişə, yaxın-uzaq qohumunun adına da keçirilə bilər. Amma əlbəttə ki, Şamaxı rayonunun Aşağı Çaylar kəndində anadan olmuş İmran Qəmbərovun barəsində yayılan xəbərlərin ən ilginci onun məhz ali təhsilə yiyələnmədən dövlət qulluğunda vəzifə tutması və illər uzunu dövlət büdcəsindən haram məvacib alması haqdaydı. Aparıcı kütləvi informasiya vasitələrindən biri hətta onun təhsili barəsində Tələbə Qəbulu üzrə Döövlət Komissiyasına (DİM) müraciət edərək, ali təhsil müəssisələrinə test yolu ilə (yəni qanuni yolla) qəbul olunub-olunmamasını soruşmuşdu. Və belə bir cavab almışdı: «Qəmbərov İmran Abbas oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1992-ci ildən etibarən keçirilən qəbul imtahanları nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qəbul olmamışdır». Hərçənd, İmran müəllimin (əgər ona «müəllim» demək çaizdirsə — red.) saxta diplomla əldə etdikləri təkcə sadalanan siyahıdakı var-dövlət olmamışdır. O, ictimai mövqeyindən, haram nüfuzundan istifadə edərək öz övladlarını da necə deyərlər, «yerbəyer» etmişdir. Belə ki, özü RİH-dəki vəzifəsindən uzaqlaşsa da, oğlu Anarı Xəzər RİH-nin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş Şöbəsində baş məsləhətçi vəzifəsinə oturdub. Özü 14 saylı Xəzər II Dairə Seçki Komissiyasının sədri olduğu halda, oğlanları Anarı və İlhamı 13 saylı Xəzər-Pirallahı DSK-nın həlledici səs hüquqlu üzvləri təyin etdirib. Belə çıxır ki, seçki komissiyalarından pul qazanmağı, həlledici səs hüququna malik başqaları tapılmadı, bu vəzifələr məhz Qəmbərovlar ailəsi üzvlərinə etibar edildi? Saxtakar ataya və onun oğullarına 2 Dairənin seçki komissiyasının fəaliyyətini yönləndirməyi necə etibar etmək olar? Bütün bu suallar yəqin ki, hörmətli MSK sədri Məzahir Pənahovu da düşündürməlidir. O ki qaldı aldığı haram maaşlara, İmran Qəmbərov onları büdcəyə qaytarmalıdır. Təkcə məvacibi deyil, əyri yolla əldə etdiyi bütün varidat müsadirə olunmalıdır.

Məqalədə göstərilən faktlarla bağlı İmran Qəmbərova zəng edib onun da mövqeyini öyrənməyə çalışdıq. O,bildirdi ki, gedin nə yazırsınızsa yazın məni narahat etməyin

Mövzunu davam etdirəcəyik

Deryaz.az

1,384 просмотров всего, 1 просмотров сегодня