Ekoloji vandalizim Nizami Rayonunu ağuşuna alıb.

ARIF                       Hacıbala karik Ekol naziri və Hacıbala

 

https://www.youtube.com/watch?v=6KrYrjFE4jU&feature=youtu.be

PAYTAXTIN NİZAMİ RAYONUNDA EKOLOJİ VANDALİZM NƏ VAXTADIK DAVAM EDƏCƏK? Özünün şah taxtına oxşayan nəhəng kreslosuna yayxanan icra başçısı cənab Arif Qasımov iş kabinetinin divarında özünün başı üzərində şəklini asdığı Ümummilli liderin nəsihətlərinə məhəl qoymur * Bakının Nizami rayonunun Naxçıvanski küçəsi 324D ünvanda yaşayan bir qrup sakin redaksiyamıza müraciət edərək həmin ünvanda vaxtilə əkmiş olduqları ağac və kolların, saldıqları yaşıllığın bir iş adamı tərəfindən məhv edilərək yerində obyekt inşa etdirilməsindən şikayətlənmişlər. Sakinlər bildirirlər ki, inşa edilməkdə olan tikili yaşadıqları evlərinin çıxış balkonlarının qarşısını kəsməklə onları təmiz havadan məhrum edəcək. Müraciətə həssas yanaşaraq qeyd olunan ünvana yollandıq və orada şahid olduqlarımızı audio-video qeydə aldıq. Məsələ ilə əlaqədar Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi ilə əlaqə saxlayıb suallarımıza cavab istədik. MKTB rəisi Ramsis Abdullayev bu məsələdə onluq heç nə olmadığını deyərək məsləhət gördü ki, suallarımızı Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel müəllimə ünvanlayaq. Əlaqə saxlayıb ondan izah istədikdə, Tariyel Tahirov də məsuliyyəti üstündəm atdı, bildirdi ki, iş adamına obyekt tikintisi üçün icazəni Bakı şəhər İcra Hakimiyyəti verib, həmçinin əlavə etdi ki, sözügedən ünvanda yerli-dibli yaşıllıq olmayıb. Biz sakinlərdən, o ünvanda fəaliyyət göstərən «Armo» marketin işçilərindən həyətdəki yaşıllığın gerçək tarixçəsini öyrənməyə çalışdıq. Sakinlər Tariyel müəllimdən eşitdiklərimizi dediyimizdə sözün əsl mənasında heyrətləndilər. Marketin mühafizəçiləri ilə həmsöhbət olduq. Dedilər ki, vaxtilə orada ağac və kolların əkilməsində özləri də iştirak edib sakinlərə kömək ediblər. Hətta yaşıllığın əvvəllər mövcudluğunu, sonradan məhv edilməsini əks etdirən görüntülərin də təhlükəsizlik kameralarında qeydə alındığını, lazım gəldikdə təqdim edə biləcəklərini bildirdilər. «Yaşıl soyqırım»ın aparıldığı ünvandan qayıdarkən yaxın ətrafa göz gəzdirdik və o qənaətə gəldik ki, həmin həndəvərdə yaşıllığa qarşı sözün hərfi mənasında misli-bərabəri olmayan vandalizm törədilir. Qara Qarayev prospekti boyunca metronun «Xalqlar Dostluğu» satansiyasından «Neftçilər» stansiyasınadək olan nahiyədə yolun hər iki tərəfində çoxillik ağaclar, əkmələr məhv edilərək obyekt altına verilib, yerində ticarət mərkəzləri tikilib. Əlbəttə, bu gün də davam etməkdə olan bu böyük miqyaslı vandalizm rayon İcra Hakimiyyəti başçısı cənab Arif Qasımovun izn-rüsxəti ilə həyata keçirilir. Özünün şah taxtına oxşayan nəhəng kreslosuna yayxanan cənab Arif Qasımov iş kabinetinin divarında özünün başı üzərində şəklini asdığı Ümummilli liderin nəsihətlərinə məhəl qoymur. Ulu Öndərimizin söylədiyi: «Kim harada bir ağac kəsir, elə bil mənim qollarımı, balalarımın başını  kəsir» sözlərini unutmuşdur. Daha doğrusu, unutmayıb, sadəcə öz şəxsi maraqları naminə qulaqardına vurur. İş o həddə çatıb ki, Nizami RİH-nin düz qarşısındakı parkda da ağaclığın da qətlinə fərman verilib, doğranıb yerində xırda ticarət obyektləri tikilməkdədir. Bəli, bu gün «8-ci kilometr» qəsəbəsinin sakinlərini düşündürən ən vacib suallardan biri budur: Görəsən, bir ovuc məmuru varlandıran bu ekoloji vandalizm nə vaxtadək davam edəcək?

404 просмотров всего, 1 просмотров сегодня